Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları İmam Hüseyn əleyhissəlamın vəsiyyətnaməsi

Məhərrəm yazıları

İmam Hüseyn əleyhissəlamın vəsiyyətnaməsi

İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir...

İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, əmr be-mə'ruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:

«...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-mə'ruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır.»[

Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:

1) Ümməti islah etmək;

2) Əmr be-mə'ruf;

3) Nəhy əz-münkər;

4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.

2) Bağışlanılmaz sükut

İmam Hüseyn (əleyhissəlam) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (əleyhissəlam) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:

«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: "Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (səlləllahu əleyhi və alih) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə e'tiraz etməsə, Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.

Camaat! Agah olun, bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...»

3) Sünnənin məhv olması, bid'ətlərin yayılması

İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:

«...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə də'vət edirəm. İndi elə bir vəziyyətdəyik ki, peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bid'ətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!»[

4) Artıq haqqa əməl olunmur

Hüseyn ibn Əli (əleyhissəlam) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:

«Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış, yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli, az otlu bir otlağa, çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki, daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət, zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar, dinə kömək edirlər, elə ki, imtahana çəkilirlər, sayları azalır.»

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə