Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Aşura gecəsinin əməlləri

Məhərrəm yazıları

Aşura gecəsinin əməlləri

Seyyid İqbal kitabında nəql edib - Hədisdə daxil olub ki , bu gecə çoxlu dua və namazlar var. Onlardan biri 2 rukət 2 rukət qılınan 100 rükət namazdır. Hər rukətdə Fatihə və 3 dəfə İXLAS surəsi oxunur. Hər 2 rukət bitdikdə bu zikr 70 dəfə edilir: subhənallahi vəlhəmdulilləhi və la ilahə iləllah vəllahu əkbəru. Və la həvla və la quvvətə illa billəhil əliyyil əzim.
Hədisdə daxil olub ki , bu zikrin ardınca istiğfar da edilər.
Başqa nəql olunan namaz 4 rukətdir. 2 rukətli qılınır. Hər rukətdə Fatihə və 10 dəfə ayətəl kursi, ixlas, fələq, nas surələri oxunur. Və namazın salamından sonra 100 dəfə İxlas surəsi oxunur.
Başqa biri İmam Əlinin namazına muvafiq olan böyük savaba malik 4 rukətli namazdır. Hər rukətdə Fatihə və 50 dəfə İxlas surəsi oxunur. Seyyid Tavus nəql edir ki namazı bitirdikdən sonra Allah zikr edilir . Rasulullah s.ə.ə.v və Əhli Beytə ə.s salavat zikr edilir. Və düşmənlərinə lənət oxunur. Rəvayət olunur ki bu gecə əhya saxlamaq böyük savaba malikdir. O cür ki, bütün ibadət edən bəndələrin və mələklərin 70 illik savabı əməl dəftərinə yazılar. İmam Hüseyni ə.s Kərbəlada ziyarət edəni isə Allah qiyamət günü İmam Hüseynin ə.s və şəhidlərin qanına boyanmış halda dirildər.

Dualarda biz naqis bəndələri də unutmayın.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə