Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Səccad (ə) Məqalələr İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi

İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi

Quran ilə Əhli-beyt (ə) arasında həmişə sıx rabitə olmuşdur. İmam Səccad (ə) bu rabitəni qoca şamlı kişi üçün çox açıq və aydın şəkildə bəyan etmişdir.
Bu qoca şamlı kişi gəlmişdi ki, Allah rizası və behişt şövqünə görə “dindən xaric olanlara” görə nifrətini Belə düşünürdü ki, bu əməl Quran oxumağın savabından daha çoxdur. (Tebyan)
İmam Hüseynin (ə) mübarək kəsilmiş mübarək başını görür və deyir: “Allaha şükür ki, sizi öldürüb, həlak edib, şəhərləri sizin şərinizdən qoruyub və əmirəl-mömini (Yezidi) sizə hakim edibdir”.
İmam Səccad (ə) buyurdu: “Ey qoca kişi! Quran oxumusan?”.
Qoca dedi: “Bəli”.
İmam Səccad (ə) buyurdu: “Bu ayəni tanıyırsanmı ki, deyir: “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23)?”.
Kişi dedi: “Bəli, mən bu ayəni oxumuşam”.
İmam (ə) buyurdu: “Peyğəmbərin (s) qohumları bizik. Bəni-İsrayil surəsində oxumusan ki, deyir ki, qohumların haqqını əda edin?“Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver”. (“İsra” 26).
Qoca dedi: “Oxumuşam”.
İmam (ə) buyurdu: “Peyğəmbərin (s) qohumları bizik, ey qoca! Bu ayəni oxumusan? “Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır”. (“Ənfal” 41).
Kişi dedi: “Bu ayəni də oxumuşam”.
İmam (ə) buyurdu: “Bu ayədə gələn qurba bizlərik. Bəs bu ayəni oxumusan ki, buyurur: “Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə)Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33)”.
Kişi dedi: “Bu ayəni də oxumuşam”.
İmam (ə) buyurdu: “Ey qoca! Biz həmin Əhli-beytik (ə) ki, Allah təthir ayəsini bizə aid qərar vermişdir”.
Qoca dediyi sözlərdən artıq peşman olmuşdu. İmam Səccad (ə) buyurdu: “Allaha and olsun ki, biz həmin nəsilik”. Qoca kişi ağlayıb tövbə etdi və dedi: “Allahım, biz Ali-Muhəmməd (ə) düşmənlərindən – istər cindən olsun, istər insdən – bezarıq”.
Bu xəbər lənətlik Yezidin qulağına gedib çatır və əmr edir ki, həmin qoca şamlını öldürsünlər.
Bəli, Peyğəmbər (s) bizlərə təkcə Quranı deyil, həm də itrəti yadigar qoyub getmişdir. Bu dəyərli xəzinələr heç bir zaman bir-birindən ayrılmazdır. Biri olmadan o birisinin faydası olmaz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə