Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Peyğəmbərimizin (s) yuxusuna görə nazil olan “Qədr” surəsi

Şiə məqalələri

Peyğəmbərimizin (s) yuxusuna görə nazil olan “Qədr” surəsi

Qədr gecəsi Peyğəmbərin (s) yorulmuş qəlbi üçün Allahın müjdəsi olmuşdur. Peyğəmbərin (s) gördüyü yuxudan xəbəriniz vardırmı?

Qurani-Kərim bu yuxu haqqında buyurur: “Və(yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin(bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır”. (“İsra” 60).

Həzrət Peyğəmbər (s) gördüyü bu yuxuya görə ömrünün axırına qədər gülə bilmədi. Allah Təala onun bu pərişanlığını görən zaman Qədr gecəsini İslam ümmətinə hədiyyə etdi. Bu yolla Həbibin qəlbini təskinləşdirmək istədi.

Əllamə Təbatəbai “Qədr” surəsinin əvvəlində yazır: “Bu surə Peyğəmbərin (s) yuxusundan sonra nazil olmuşdur. O yuxu bu idi ki, Bəni-Üməyyə onun minbərindən yuxarı qalxır. Çox qəmgin olur. Allah da onu təskin etmək üçün bu surəni nazil edir”.

Allah Təala bu surədə işarə edir ki, Qədr gecəsi Bəni-Üməyyənin hökumət etdiyi min aydan daha üstündür. Əllamə “Əddərul-mənsur” kitabında nəql edir: “İbni Məsib nəql edir ki, Peyğəmbər (s) buyurur: “Yuxuda mənə nişan verdilər ki, Bəni-Üməyyə minbərimdən yuxarı qalxır. Bu mənim üçün çox ağır idi. Allah Təala da bu münasibətlə (Qədr) surəsini nazil etdi”.

Əllamə Təbatəbainin şagirdi olan Ayətullah Seyyid Muhəmmədhüseyn Tehrani nəql edir: “Peyğəmbər (s) bir gecədə yuxuda görür ki, Bəni-Üməyyə meymun şəklində minbərindən yuxarı qalxırlar və aşağı enirlər. Peyğəmbərin (s) bütün minbərini meymunlar əhatə edibdir. İnsanları güldürürlər, yəni insanlar İslam dinindən üz döndərirlər. Həzrət (s) yuxudan ayılır və çox təsirlənir. Peyğəmbər (s) qəm və qüssəyə bürünür və bu zaman Cəbrayil (ə) nazil olur və Həzrətə (s) salam verir. Peyğəmbər (s) buyurur: “Ey mənim qardaşım! Mən dünən gecə belə bir yuxu görmüşəm və minbərimdə meymunlar yuxarı qalxırdılar və aşağı enirdilər. Minbərin bütün pilləkənlərini tutmuşdular. İnsanlar da qəhqəhə çəkir və cahiliyyətə geri qayıdırdılar”.

Cəbrayil (ə) deyir: “Mənim xəbərim yoxdur. Gedib xəbər gətirərəm”. Gedir və qayıdan zaman bu ayələr ilə gəlir. “(Ya Peyğəmbər!) xəbər ver, əgər onları illərlə (dünya həyatından) bəhrələndirsək; Sonra da vəd olunduqları (əzab) onlara yetişsə; Onlara verilmiş olan nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər?”. (“Şuəra” 205-207)).

“Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsində nazil etdik (Qur’an bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə  il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı). Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (“Qədr” 1-4).

Bəni-Üməyyinin hökumət müddəti 84 il olmuşdur. 84 il min aydan bir qədər azdır. Yəni, Bəni-Üməyyə təxminən min ay hökumət etmişdir. Allah Peyğəmbərinə (s) buyurur ki, biz sənə elə bir gecə əta edirik ki, insanların bu gecədə bəhrələnməyi min ayda bəhrələnməklərindən daha çoxdur. Qədr gecəsi sənin ümmətinə aiddir. Bir gecə olmasına baxmayaraq, ancaq çox əlamətdar bir gecədir. Elə bir gecədir ki, behiştin bütün qapıları açılar və cəhənnəmin qapıları bağlanar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə