Bz06072020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Kərbəlanı tanıyaq və tanıtdıraq

Şiə məqalələri

Kərbəlanı tanıyaq və tanıtdıraq

Bildiyimiz kimi qarşıdan məhər-rəmayı gəlir. Hansı ki, hüzün, kədər ayı kimi xatırlanır. Ona görə ki, məhz bu ayda Kərbəla faciəsi baş verib. İmam Hüseynin (ə) və əzizlərinin mübarək qanı bu haram ayda axıdılıb. Deməli məhərrəm ayının qəhrəmanı İmam Hüseyndir (ə). Biz də elə İmam Hüseyndən (ə) söz açmaq istəyirik.

- İmam Hüseyni (ə) necə tanıyırsınız və ya onu necə tanıtdırardınız?

- İmam Hüseyn (ə) deyəndə ka­mil insan nümunəsi, ideal varlıq, insanlığın mükəmməl təzahürü başa düşürəm. Mənim üçün o hər şeydən öncə sadaladığım səciyyələrə sahib­dir. İmamlıq, şəhidlik və Peyğəmbərin (s) nəvəsi olmaq kimi yüksək dəyərlər mənim üçün ikinci planda gəlir.

Amma o həzrəti başqalarına tanıtdır-maq istəsəm, Əziz Peyğəmbərmizin (s) bir gözəl kəlamına istinad edərdim. O həzrət İmam Hüseyn (ə) barədə belə buyurur: “Həqiqətən, Hüseyn hidayət çırağı və nicat gəmisidir” Bu kəlam qısa olmasına rəğmən, özündə böyük bir mənanı ehtiva edir, hansı ki mənim İmam Hüseyni (ə) tanımağımda da bu hədisin payı var. Hidayət və qurtuluş insanın həqiqi ehtiyaclarıdır, hərçənd bəziləri bundan qafildir. Başqa sözlə, yaxşıya, səadətə yönəlmək, pislikdən, bədbəxtlikdən yaxa qutarmaq insanın təbiətinə uyğundur. Bunun ən mühüm nümunəsi isə cənnət və cəhənnəmdir. Hədisə əsasən, insan hidayət və qurtuluş istəyirsə, İmam Hüseyn (ə) bu­nun təminatçısıdır. Necəliyi isə başqa bir macal tələb edir. Xülasə olaraq, deyə bilərəm ki, onu tanımaq, tanıtdırmaq, yaşatmaq, araşdırmaq, başqalarına çatdırmaq nəticə etibarı ilə insanın hidayət və qurtuluşuna səbəb olur.

- Hüseyn (ə) adı sizdə hansı təəs-süratı yaradır?

- İmam Hüseyn (ə) təkcə məndə deyil, bütün Hüseyn (ə) aşiqlərində, o cümlədən Əhli-beyt (ə) sevərlərdə dərin hüzün yaradır. Bu hüzün şirindir və digər hüzünlərə bənzəməz. Digər hüzünlər insanı depresiyaya, mənəvi böhrana, ruh düşkünlüyünə, ümidsizliyə və s. sürüklədiyi halda, İmam Hüseyn (ə) hüznü tam əksini edir. Çünki müqəddəsdir, müqəddəs olduğu üçün insanda mənəvi ab-hava yaradır, sanki İmam Hüseynin (ə) mənəviyyat yolunda atdığı addımların izinə düşürsən, az da olsa, o şəxsə mənəvi yaxınlaşırsan.

- Sizcə İmam Hüseynə (ə) qarşı olan sevgi nədəndir?

- İmam Hüseynə (ə) olan sevgi in-sanın fitrətindən, təbiətindən doğur və təbii olaraq, ağıl, din və əxlaq kimi amillər də bunu gücləndirir. Ona görə ki, insan fitrətən kamilləşmək, ucalmaq istəyir, başqa sözlə nöqsanlarından qur­tulmaq istəyir. Yəqin az adam tapılar ki, bu təkamül yolunu başa vurmuş olsun. Bu üzdən insanlar həyatında hətta bir cəhətdən təkamülə çatmış insan görəndə, məsələn idman növü üzrə çempionla qarşılaşanda, şəxsən tanımasa belə ona məhəbbət bəsləyir. İndi belə bir şəxs hər cəhətdən, xüsusilə insanlıq baxımından kamil olduqda ona məhəbbət, sözsüz ki, ən ali dərəcədə olacaqdır. İmam Hüseyn (ə) məhz belə bir şəxsiyyətdir. Deməli, o həzrəti yalnız insanlıqdan məhrum olanlar sevməzlər. Digər tərəfdən İmam Hüseynə (ə) sevginin kökündə onun bəzi müqəddəs və əvəzsiz addımları durur. Yolunu canı bahasına davam etdirməsi, bu yolda əzizlərindən, hətta ailəsindən keçməsi, haqq ola-ola ən məzlum şəkildə şəhid edilməsi ümumi insanlarda ona qarşı alovu sönməz sevgi yaradır. İnsanlar hər il kərbəlanı anmaqla bu qəmli sevgini daha da şiddətlənir, əks mövqeni təmsil edənlərə, yəni yezidlərə qarşı nifrəti dərinləşir.

- İmam Hüseynə (ə) qarşı olan sevginizi necə izah edərdiniz?

- İmam Hüseynə (ə) sevgim heç bir dillə izah oluna bilməz. Mənə görə qəlbin öz dili var. Amma bu sualı cavablandırmaq lazım gəlirsə, deyərdim ki, İmam Hüseynə (ə) sevgim insanlığa, müqəddəsliyə, Allaha olan sevgim qədərdir. Çünki, İmam Hüseyn (ə) mənə görə insanlığın bariz nümunəsi, Allahın xüsusi dəyər verdiyi şəxsiyyət və yer üzündə ilahi nümayəndədir.

- Niyə İmam Hüseynə (ə) hər il əza saxladığımız halda yenə də, özümüzü ona borclu bilirik?

- Təbii ki, borclu öz borcundan çıxmayınca, özünü həmişə borclu sayır. Yəqin ki, bizim İmam Hüseyn (ə) üçün gördüklərimiz o həzrətin əməyi qarşısında heçə bərabərdir, ya da həddən azdır. Bu üzdən biz onun etdiklərinin mislini etməyincə, yaxud hədəfinə layiqincə xidmət etmədikcə özümüzü o həzrətə borclu hiss edəcəyik.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə