Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Həzrət Əbul-fəzl Abbasın (ə) 4 özəl xüsusiyyəti

Məhərrəm yazıları

Həzrət Əbul-fəzl Abbasın (ə) 4 özəl xüsusiyyəti

 Rəhbərinin sözünə tabe və təslim olmaq, təsdiq etmək, vəfadarlıq və xalislik həzrət Əbul-fəzl Abbasın Aşurada özəl xüsusiyyətləri idi.

 

İmam Sadiqdən nəql edilən ziyarətnamədə həzrət Əbul-fəzl Abbas haqqında belə buyurulur:

 

“Şəhadət verirəm ki, sən Məhəmməd Peyğəmbərin xələfi qarşısında təslim olan, onu təsdiq edən, vəfadarlığını göstərən və ixlaslısan”

 

Möminlərə bəla gələn zaman səbr nümayiş etdirirlər. Vəziyyət onlara acı gəlir, amma səbr edirlər. Baş verən bəlalara razı olmaq səbir məqamından da üstündür. Baş verən bəlalara və  Allahın müqəddəratına büsbütün təslim olmaq isə razılıqdan da üstün bir məqamdır. Həzrət Əbul-fəzl bu məqama nail olmuşdu.

 

Həzrət Əbul-Fəzl Abbas heç vaxt İmamın bir sözünü iki etmədi. Ona etiraz etmədi və qınaq göstərmədi. Tam şəkildə sözlərini təsdiq və əmrlərini yerinə yetirirdi. O, təsdiq məqamına malik idi.

 

Onun vəfadarlığı o zaman dillər əzbəri oldu ki, Məhərrəmin səkkiz və doqquzuncu günündə Şimr ibni Zil-Coşən xeymələrə sarı gəldi. O, hz. Əbul-fəzlə uzaq qohum idi. (həzrət Əbul-Fəzlin xanımı yaxud da anası tərəfdən)

 

Şimr ibn Zil-Couşən, həzrət Əbafəzlül Əbbas (ə) və onun qardaşları üçün əmannamə (onların təhlükəsizlikdə olmasını göstərən şəhadətnamə) gətirdi. Şimr ibn Zil-Couşən, İmam Hüseynin (ə) xeymələrinə çatan zaman qışqırdı: “Bacımızın oğlanları hardadı?”  O böyük şəxslər cavab vermədilər. İmam Hüseyn (ə) buyurdu: “Fasiq də olsa ona cavab verin!”  Həzrət Əbbas (ə) onun cavabında buyurdu: “Nə deyirsən?” Şimr ibn Zil-Couşən dedi: “Mən sizə Übeydullah tərəfindən əmannamə gətirmişəm. Hüseyn (ə) üçün özünüzü ölümə verməyin! ” Həzrət  Əbbas (ə) uca səslə buyurdu: Allahın lənəti sənə və sənin amanına olsun!  Peyğəmbərin (s) qızının oğlu amanda olmadığı halda biz amanda olaq?!”

 

Həzrət Əbul-Fəzlə iki dəfə amannamə gətirildi. Amma o qardaşını tək qoymadı. Baxmayaraq ki, ölümünü görürdü.

 

Həzrət Əbul-fəzl Abbasın digər bir özəl xüsusiyyəti ixlaslı olması idi.

 

O Fəratdan su götürəndə xeymədəki susuz qalan İmam Hüseyni xatırladı. Ona görə suyu içmədi.

 

İmam Səccad buyurur: Abbasın elə bir məqamı var ki qiyamətdə bütün şəhidlər ona qibtə edəcəklər.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə