Çr10232019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) Həyatı Hzərət Məhəmməd (s) şəhadəti - mesaj bölüməsi Peyğəmbər (s) Allahı yada salaraq əyləşər və Allahı yada salaraq qalxardı” – İmam Əlinin (ə) Həzrət Peyğəmbər (s) haqqında söylədiklərindən

Peyğəmbər (s) Allahı yada salaraq əyləşər və Allahı yada salaraq qalxardı” – İmam Əlinin (ə) Həzrət Peyğəmbər (s) haqqında söylədiklərindən

 

İmam Əlinin (ə) Peyğəmbər (s) haqqında söylədiklərinə nəzər yetirək.

İmam Əli (ə) buyurur: “O zaman ki, Peyğəmbər (s) dünyaya gəlir, Kəbə evinin bütləri yerə düşdü. Gecə olan zaman səmadan fəryad eşidildi: haqq gəldi, batil getdi. Həqiqətən, batil gedəsidir”.

İmam (ə) buyurur: “Həqiqətən də səbir gözəldir, ancaq sənin ölümündə. Hövsələsizlik çirkindir, məgər sənin vəfatında. Sənin uzaqlığından ürəyimdə əyləşən qəm ağırdır. Sənin vəfatından əvvəlki qəmlər çox asan və yüngül idi”. (Həvzəh)

İmam (ə) buyurur: “Həqiqətən, Allah Təala Muhəmmədi (s) məbus etdi ki, bəndələrini bəndələrin bəndəliyindən, Allahın bəndəliyinə tərəf çəksin. Bəndələrin əhdindən, Allahın əhdinə daxil olsunlar. Bəndələrə itaət etməkdən, Allaha itaət etməyə geri qayıtsınlar”.

İmam (ə) buyurur: “Allahın Peyğəmbəri (s) davamlı olaraq gülərüz, xoş ətirli olardı”.

İmam (ə) buyurur: “Heç bir zaman görünməzdi ki, Peyğəmbər (s) ayağını əyləşənlərin qarşısında uzatsın”.

İmam (ə) buyurur: “Peyğəmbər (s) Allahı yada salaraq əyləşər və Allahı yada salaraq qalxardı”.

İmam (ə) buyurur: “O, o kəsin rəhbəridir ki, təqva yolunu gedər, onun rəftarı işlərində mötədil olmaq idi. Şəriəti haqq yolunu göstərən, sözləri haqqı batildən ayıran, hökm verməsi ədalətli idi”.

İmam (ə) buyurur: “Peyğəmbər (s) o təbibdir ki, öz məharəti ilə insanların arasında gəzər, şəfa verən məlhəmlər hazırlayar, müalicə vasitələrini hazır edər ki, o yerdə batini kor qəlblər, eşitməyən qulaqlar, nadan dillərin ona ehtiyacı olarsa – müalicə etsin”.


ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə