Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər Əl-qədir

Dualar - Zikrlər

Əl-qədir

Əl-qədir Dəstamaz alan vaxt 《Ya Qədiru,ya Qadir》deyilsə düşmənə qələbə çalmaq olar.Qəlbin güclənməsi üçün,işlərə nəzarəti ələ almaq və hər bir şeyin ölçüsünü,yolunu götürməkdən ötrü 10 gün müddətində hər gün 314 dəfə dümək çox faydalıdır.Hər kəs dəstəmaz vaxtı hər üzvü yuyan vaxt 3 dəfə 《Ya qadir》deməklə düşmənə qalib gəlmək olar.
''Əl qədir'' qüdrət mənasındadır.Yəni Allah-təala yaratmaqda və icad etməkdə heç bir acizlik bilməz.
Bu ismi davamlı surətdə zikr etmək qəlbi qüvvət və məişət işlərində irəliləyiş üçün faydalıdır.Hər kim dəstəmaz alarkən hər bir dəstamaz əzasını yuya-yuya bu ismi üç dəfə oxusa öz düşmənlərinə qalib gələr və bu ismi davamlı surətdə zikr etmək cah-cəlal sahibi olmağa,böyük bir şəxsin yanında mənsəbə yetişməyə və düşmənləri məhv etməyə təsir gpstərir.
Şərh-Rağib İsfəhani deyir:Əgər bir insan barəsində qüdrət kəlməsi işlənirsə bu,onun hər hansı bir iş görmə gücünə dəlalət edir.Amma bu kəlmə Allah-təala barəsində işləndikdə o deməkdir ki,Allah-təala heç nədə aciz deyil və Ondan başqa heç kim mütləq qadir deyil.
Rağib bu bəyanından sonra belə qeyd edir:Allah-təala istədiyi işi yerinə yetirəndir(failu ma yəşa) və hər bir şeyi öz hikməti ilə yaradır,nə çox və nə də az.Məhz buna görə Allahdan qeyrisini bu sifətlə vəsf etmək olmaz.
"Hökmranllqda heç bir şəriki yoxdur.O hər şeyi yaratdı və ölçüsünün miqdarını müəyyənləşdirdi".(Furqan surəsi,ayə 2)
Bu ayədən məlum olur ki,bütün həyatın tədbirləri Qadir Allahın əlindıdir və heç kim bütün yaradılışın hökmranlığında dəxalət etməmiş və edə bilməz.
"Əl-qədir" kəlməsi Qurani Kərimdə qırx beş dəfə istifadə olunmuşdur ki,bunlardan otuz səkkizi (əla kulli şəyin qədir) şəklində,üç dəfə "əlim" kəlməsi ilə və bir dəfə "əfuvv" kəlməsi ilə yanaşı qeyd olunmuşdur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə