Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları İmam Hüseyn (ə) üçün ağlamağın faydaları

Məhərrəm yazıları

İmam Hüseyn (ə) üçün ağlamağın faydaları

İmam Sadiqin(ə) İraqda Müsmə adlı bir dostu yaşayırdı. O İraq şəhərinin qazısı idi. Bir gün Müsmə İmam Sadiqin(ə) hüzurunda idi. İmam ondun soruşdu: Ey Müsmə, sən İraqda olarkən cəddim Hüseynin(ə) ziyarətinə gedirsənmi.

Müsmə dedi: Ey Allahın höccəti mən İraqda tanınmış bir adamam. Əgər mən İmam Hüseynin(ə) ziyarətinə getsəm tutub məni öldürərlər.

İmam buyurdu: Bilirəm ki, sən cəddim Hüseynin(ə) qəbrini ziyarət etsən səni öldürərlər. Bəs evdə cəddim Hüseynin(ə) adına növhə deyib ağlayırsanmı?

Müsməin gözləri yaşla doldu. Dedi: Ey Allahın höccəti mən evdə olarkən İmam Hüseyn(ə) üçün o qədər ağlayıram ki, az qalır gözlərimin suyu qutarsın. Süfrə kənarında əyləşib çörək yediyim zaman Kərbəla hadisəsi yadıma düşəndə o qədər ağlayıram ki, yemək yeməyə iştahım qalmır.

İmam Sadiq(ə) buyurdu: Mən sənə bəşarət verirəm ki, bu ağlamağın neçə yerdə sənin dərdinə dəyəcək.

1.Can verən zaman,

2.Qəbrdə,

3.Qiyamət günü,

4.Səndən hesab çəkilən zaman.

Bu hədisin daha da aydın olması üçün bir neçə qeydi nəzərnizə çatdırıram.

İnsanın ən çətin anlarından biri ölüm yatağında can verən zamandır. Çünki insan can verərkən əli hər bir şeydən üzülür. O anda artıq nə həkimlər, nə insanın ata-anası, nə mal-dövləti və nə dost və övladları köməyinə çata bilməyəcək. Hər kim İmam Hüseyn(ə) üçün ağlayıbsa can verən zaman o Həzrət onun başı üzərinə gələr və ona rahatlıqla can verməkdə kömək edər.

Hədislərdə vardır ki, hər kim bir möminin qəlbini şad edərsə, o şadlıq qəbrdə onun üçün nura çevrilib qəbrini işıqlandırar. Bir möminin qəlbini sevindirən şəxs öldükdə onu qəbrə qoyduqdan sonra görəcək ki, qəbrinə bir nur daxil olun oranı işıqlandıracaq. O, nurdan soruşacaq ki, sən kimsən və haradan gəlmisən? Nur deyəcək: Filan vaxt bir möminin qəlbini şad etməyin yadındadırmı? Mən həmin şadlığam ki, Allah təala məni nur surətində sənin qəbrini işıqlandırmaq üçün bura göndərib.

Ayətullah Şüştəri yazır ki, bir möminin qəlbini sevindirmək qəbrdə insan üçün nura çevriləcəksə, əgxər bir şəxs Həzrət Fatimənin(s.ə) və Həzrət Peyğəmbərin(s) qəlbini şad etsə necə olar?

Buna görə də İmam Hüseyn(ə) üçün ağlayıb o Həzrətə əzadarlıq edən şəxs Peyğəmbərin və Həzrət Fatimənin(s.ə) qəlbini sevindirmiş olur. Odur ki, İmam Hüseyn(ə) üçün ağlamaq insana qəbrin vəhşətli qaranlığından nicat verəcək.

 

Etibar eyləmə az ömrə əcəl verməz əman,

Gecə gündüz dolanır sürətilən çərxü zəman,

Körpüdür cənnətə ya duzəxə bu mülki cəhan.

Başuva onda ki, qəhrən ləhədin daşı dəyər,

Dərdüvə qəbridə vallahi bu göz yaşı dəyər.

 

İmam Hüseyn(ə) üçün ağlamaq və o Həzrətə əzadarlıq etmək Qiymət günü insanın işini yüngülləşdirər. Hədis və rəvayətlərə əsasən qiyamət günü adi bir gün olmayacaq. O günün çox dəhşətli bir gün olacağını Allah-təala və Peyğəmbərlər bizə xəbər vermişdir. Hədislərdə vardır ki, Qiyamət günü istinin şiddətindən beyinlər qaynayacaq. O gün heç kəs heç kəsə kömək etmək iqtidarında olmayacaq. Atanın yadına övlad düşməyəcək, qardaş öz qardaşından belə qaçacaq.

Hədislərdə vardır ki, Qiyamətin isti və dəhşətli səhnəsində İmam Hüseynin(ə) əzadarları ərşin kölgəsi altında əyləşəcəklər.

Buna əsasən İmam Hüseyn(ə) üçün ağlayıb o Həzrətə əzadarlıq edən şəxslər qiyamət günü nicat tapacaqlar.

Hədislərdə vardır ki, aşura günü İmam Hüseynə Ağlayıb əzadarlıq edənlər və bütün işlərini tətil edənlər qiyamət günü sevinərlər.

مِنْ تَرَكَ سَعْيَ فِى حَوائِجِهِ فِى يَوْمِ الْعاشُورا جَعَلَ اللهُ يَوْمَ الْقِيامَةِ يَوْمَ سُرُورٍ

Hər kim aşura günü öz işini və sənətini tətil edib (İmam Hüseynə əzadarlıq edərsə) Allah-təala Qiyamət gününü onun üçün şadlıq günü qərar verər.

Qiyamət günü insanlardan hesab çəkilən zaman İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlayan şəxslərin hesabı yüngül və asan olacaq.

Burada əzadarlıq etmək barədə bir neçə qeydi də möminlərin nəzərinə çatdırıram.

Məhərrəm ayında İmam Hüseyn(ə) üçün əzadarlıq etməyin böyük savabı vardır. Məhərrəm ayında xüsusən tasua və aşura günlərində mərsiyə oxuyub ağlamaq, aşura ziyarətnaməsini oxumaq, qara paltar geymək və bu kimi əməllərlə öz məhəbbətimizi və qəmginliyimizi bildiririk. Lakin bir sıra əzadarlıqlar şəriət baxımından da düzgün deyildir. Şəriət baxımından qılıncı başa vurub qan çıxarmaq düzgün deyildir. Əvvəllər bu cür əzadarlıqlar olub. Lakin şəriət buna icazə vermir. Müctehidlər də öz fətvalarında qılınc vurub başından qan tökməyə icazə vermirlə. Xüsusən Rəhmətlik İmam Xomeyni bu əməlin əleyhinə fətva vermiş və bunun məsləhət olmadığını bildirmişdir. Ondan sonra Ayətullah Xaminei də yazılı şəkildə bu əməlin haram bir əməl olması barədə fətva vermişdir.

Kommunist rejimi dövründə Azərbaycanda dindarlığı məhdudlaşdırıb qadağan etmişdilər. Lakin bəzi yerlərdə məhərrəm ayında qılıc vurmağa icazə verirdilər. Onlar bu əmələ ona görə icazə verirdilər ki, bu əməllə müsəlmanlar öz abrlarını aparıb camaatda dinə qarşı ikrah hissi oyatsınlar.

Buna görə də məhərrəm ayında əzadarlıq hər nə qədər ədəb-ərkanla və şəriət çərçivəsində keçirilsə bir o qədər də yaxşı olar. Allah razı olmayan əməllərlə əzadarlıq keçirmək düzgün deyildir. Yaxşı olar ki, insan mərsiyə deyib İmam Hüseyn(ə) üçün ağlamaq, şərbət düzəldib imkan daxilində ehsan süfrəsi açmaqla öz əzadarlığını keçirtsin. Bu cür əzadarlığın həm cəmiyyətdə müsbət təsiri olar həm də heç kəsdə dinə qarşı ikrah hissi oyanmaz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə