Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Həzrət Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək vacibdir

Şiə məqalələri

Həzrət Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək vacibdir

 

Şura surəsinin 23 ayəsinə əsasən Allah-təala Həzrət Peyğəmbəri(s) yaxınlarına məhəbbət bəsləməyi bütün müsəlmanlara vacib etmişdir və qeyd olunan hədis və rəvaytlərdən də məlum oldu ki, Peyğəmbərin(s) yaxınları (əhli-beyti) Həzrət Fatimə(s), İmam Əli(ə), İmam Həsən(ə) və İmam Hüseyndən(ə) ibarətdir.

Məhəbbət elə bir xüsusiyyətdir ki, Allah təala onu bütün insanların fitrətində yaratmışdır. Lakin bu məhəbbəti kimə bəsləməyi insanın öz ixtiyarında qoymuşdur. Məhəbbət insanın özündən asılı olmayaraq onun daxilində vardır və bu məhəbbəti nəyəsə bağlanmalıdır. Bu məsələni açıq aydın başa düşmək üçün insanın göz, qulaq kimi bədən üzvlərini misal çəkmək mümkündür. Allah-təala insana görmək üçün göz vermişdir. Gözün həyatda rolu görməkdən ibarətdir. Həyatda mümkün deyil ki, insanın gözü görməsin və ya qulağı eşitməsin. Əgər göz halala baxmasa haramı görəcək və qulaq halal sözlər eşitməsə, haram sözlər eşidəcək. Allah-təala insana göz verib, lakin baxmağı insanın ixtiyarında qoymuşdur.

Buna görə də insanda qəlb varsa, demək məhəbbət də vardır. Bu məhəbbətin qəlbdə olması insanın öz əlində deyildir. Lakin əsas sözümüz budur ki, insan qəlbində olan bu məhəbbəti kimə bəsləməlidir?

Məlum məsələdir ki, məhəbbət insanın fitrətində var və bu məhəbbəti kimlərə bəsləməyi Allah-təala insan üçün təyin etmişdir. Lakin ixtiyarını isə insanın özünə vermişdir.

Allah-təalanın buyurduğuna əsasən insanın məhəbbəti əsas Allaha, Onun Peyğəmbərinə və Peyğəmbərin(s) əhli-beytinə bağlanmalıdır. Çünki məhəbbətin ən ümdə bağlanan yeri bunlardır. Bundan əlavə insanın qəlbində kiçik məhəbbətlər də mövcuddur. Məsələn insanın mal-dövlətinə, övladına, ailəsinə olan məhəbbətini misal çəkmək olar.

Bunlar insanın qəlbində olan kiçik məhəbbətlərdir. Lakin insanın qəlbində əsasən Allaha, Peyğəmbərinə və Peyğəmbərin əhli-beytinə olmalıdır. Bunu Allah insanlar üçün təyin etmiş və bütün insanlara onları sevməyi vacib etmişdir. Lakin onlara məhəbbət bəsləyib bəsləməmək isə insanın öz ixtiyarına qoyulmuşdur.

Burada əsas sözümüz budur ki, əgər Allahın dini xətərdə olarsa və insanın mal-dövlətinin Allah yolunda övladının qurban verilməsinə ehtiyac duyularsa, gərək əlindən gələni əsirgəməsin. Əgər dinin insanın qurban verilməsinə ehtiyac duyularsa, insan bu yolda övladını qurban verməyi bacarmalıdır. Bir sözlə desək kiçik məhəbbətlər böyük məhəbbətlərə qurban verilməlidir. İnsan bir gün mal-dövlətinə görə öz canını xətərə atırsa, bir gün də lazım olsa canını xətərə atdığı həmin mal-dövləti Allaha, Peyğəmbərinə və Peyğəmbərin əhli-beytinə qurban verməlidir. Allahın dininin insanın övladına ehtiyacı olduqda insan onu qurban verməyi bacarmalıdır. Çünki bunlar insanın imanı üçün bir ölçüdür. Yəni insanın qəlbində olan kiçik məhəbbətlərlə böyük məhəbbətlər insanın imanı arasında bir çəpərdir. Əgər insan kiçik məhəbbətləri böyük məhəbbətlərə qurban verirsə bu imandır, yox əgər böyük məhəbbətləri kiçik məhəbbətlərə qurban versə küfrdür. İnsan əgər mal dövlətini İmam Əlidən(ə) çox istəyirsə bu iman deyildir.

Firuid-dinin doquzuncu və onuncu şərtləri təvəlla və təbərradan ibarətdir. Bunu mənası Əhli-beytiin dostu ilə dost, düşməni ilə düşmən olmaqdan ibarətdir. Hər bir müsəlmana namaz, oruc vacib olduğu kimi təvəlla, təbərra da vacibdir.

Buna əsasən də insanın qəlbində olan məhəbbətin mizan və ölçüsü Allah, Peyğəmbər(s) və Peyğəmbərin(s) əhli-beytidir. Təvəlla və təbərra sözünün mənası budur ki, kim əhli-beyti sevirsə, sən də onu sevməli, kim sevmirsə səndə sevməməlisən. Peyğəmbər(s) və Əhli-beyti kimi sevirsə səndə sevməli, kimi sevmirsə, sən də sevməməlisən. Onlar kimdən razıdırsa, insan da gərək ondan razı qalsın və kimdən narazıdırsa gərək ondan narazı olsun. Buna görə də Həzrət Peyğəmbər və onun əhli-beyti insanların imanı üçün bir ölçüdür.

Qiyamət günü Allahın Cənnət, Cəhənnəminə də mizan Həzrət Fatimədir(s.ə).

Həzrət Peyğəmbər(s) Həzrət Fatiməyə(s.ə) buyurdu: Cənab Cəbrəil mənə bu xəbəri gətirdi:

يا فاطِمَة إِنَّ اللهَ يَغْضِبُ لِغَضَبِك وَ يَرْضى لِرِضَاك

Ya Fatimə! Həqiqətən Allah-təala sənin qəzəbləndiyn işə qəzəblənər və sənin razı olduğun işə razı olar.

Bu hədis inkarolunmaz bir hədisdir. Bu hədisi həm sünni, həm də şiə alimləri mənbə kitablarında yazmışdır.

Bu hədisdən bir daha məlum olur ki, Allahın razılığı Fatimənin(s.ə) razılığı ilədəri. Yəni həzrət Fatimə(s.ə) kimdən razıdırsa Allah da razıdır və hər kimdən razı deyilsə, Allah da həmin şəxsdən razı deyil.

Buna əsasən də insanın qəlbində olan məhəbbətin mizanı Peyğəmbər və onun əhli-beytidir. Bunlar razı olan şəxsdən gərək sən də razı və narazı olan şəxsdən narazı olasan. Həzrət Peyğəmbər(s) və əhli-beyti kimi sevirlərsə həmin şəxsi sən də sevməli, yox əgər sevmirlərsə sən də gərək onu sevməyəsən.

Allahın da razılığı məhz əhli-beytin razılığı ilədir. Çünki Allah-təala dünyanı yaradıb onlara vermiş və Cənnəti də onlara hədiyyə etmişdir. Onlar kimə icazə versələr cənnətə daxil olacaq, kimə icazə verməsələr daxil olmayacaq.

Bunun aydın olmusı üçün bir misalın nəzərinizə çatdırıram. Məsələn, bir şəxs ev alır və o evi dostuna bağışlayır. Başqa bir şəxs gəlib evi bağışlayan şəxsdən xahiş edir ki, bir neçə günlük evi ona versin. Evi bağışlayan şəxs də deyir ki, mən evi dostuma bağışlamışam. Get ondan icazə al, əgər o razıdırsa evində qala bilərsən. Çünki mən evi ona bağışlamışam və artıq ev onundur. Onun evində qalmaq üçün gərək onun özü ilə razılaşasan.

Odur ki, Allah-təala dünyanı yaradıb Peyğəmbər(s) və onun əhli-beytinə vermişdir. Yəni onlar dünyada yaşasınlar deyə bu dünyanı yaradıb. Bu dünyanın da elə də qiyməti yoxdur ki, Allah-təala onlara hədiyyə etsin. Yəni dünyanın onlara hədiyyə olunası qabiliyyəti yoxdur. Hədislərdə vardır ki, Allah-təala dünyanı yaradandan bəri bir dəfə də olsun ona nəzər etməyib. Əgər dünyanın Allah-yanında qiyməti olsaydı, Allah qoymazdı ki, kafirlər ondan bir qurtum belə su içsinlər. Dünyanın Allah yanında qiyməti olmadığına görə onun bütün naz-nemətlərini insanların ixtiyarında qoymuşdur.

Allah bu dünyanı Əhli-beytin yaşaması üçün yaratmışdır. Lakin Cənnəti isə onlara hədiyyə edərək bağışlamışdır. Əhli-beyt kimə icazə versə o Cənnətə daxil olacaq, əgər icazə verməsə daxil olmayacaq.

Demək təvəlla və təbərra sözünün mənası budur ki, Əhli-beyt Allahla insanın və insanla xalq arasında mizan və ölçüdür.

Buna görə də hər bir müsəlman Peyğəmbər və onun Əhli-beytinin qəmli günlərində qəmli və şad günlərində də şad olmalıdır

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə