Bz06072020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Maraqli Həzrət Süleyman (ə) və sərçə

Maraqli

Həzrət Süleyman (ə) və sərçə

Ey Allahın rəsulu! O, mənə sevgisində sadiq deyil
Bütün heyvanların dilini bilən Süleyman peyğəmbər (ə) bir gün iki sərçənin söhbətini eşitdi. Erkək sərçə dişi sərçəyə özünü öyür və belə deyirdi: - Nə üçün mənə itaət edib istəyimi yerinə yetirmirsən, məndən üz döndərirsən? İstəsən, sənə görə Süleymanın qübbə və sarayını dənizə ataram. Mən bu qədər güclüyəm.
Sərçənin bu sözlərinə Süleymanın (ə) gülməyi tutdu. Onları yanına çağırıb erkək sərçədən soruşdu: - Dediyin işi necə edə bilərsən? Sərçə dedi: - Bu işi edə bilmərəm ey Allahın rəsulu! Ancaq kişi bəzən həyat yoldaşına özünü öyür və özünü ona güclü göstərmək istəyir. Ona görə də belə sözlər danışır. Üstəlik, aşiqi məşuquna dediyi sözlərinə və davranışına görə danlamazlar.
Həzrət Süleyman (ə) dişi sərçədən soruşdu: - Nə üçün ərinə itaət etmirsən? Halbuki, o səni bu qədər sevir? Dişi sərçə dedi: - Ey Allahın rəsulu! O, mənə sevgisində sadiq deyil. Çünki məndən başqasını da sevir.
Sərçənin sözü Süleymana (ə) çox təsir etdi və onu ağlatdı. Peyğəmbər (ə) 40 gün xəlvətə çəkildi və ardıcıl Allaha yalvarırdı ki, başqalarının məhəbbətini onun qəlbindən çıxarsın və Öz sevgisini onun qəlbində xalis etsin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə