Çr07172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

VƏHY EVİNDƏ GÜN DOĞDU

İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜBARƏK

Hicrətin üçüncü ili alar içində Allahın ən gözəl ayı olan Ramazan ayının on beşində Əli (ə) və Fatimənin (s) evi mübarək bir mövlud ilə nura boyandı. Bu mövlud belə bir mübarək gecədə vəhy evinə sevinc bəxş etdi. Həmin gecə həzrət Peyğəmbərin (s) böyük nəvəsi dünyaya göz açaraq Mədinə şəhərini nura qərq etdi. İmam Həsən (ə) dünyaya gələndə Allahın Rəsulu (s) səfərdə idi və həzrət Əli (ə) və xanım Zəhranın (s) gözləri həzrətin gələn yoluna dikilmişdi. Həzrət Peyğəmbər (s) səfərdən qayıtdıqda həmişəki kimi ilk öncə xanım Zəhranın (s) evinə gəldi. Elə ki, mübarək mövludun xəbərini həzrətə çatdırdılar, bütün vücudunu sevinc bürüdü.

UŞAĞA AD QOYMA MƏRASİMİ

Elə ki, uşağı Peyğəmbərin (s) yanına gətirdilər, həzrət üzünü İmam Əliyə (ə) tutub buyurdu: Ona ad qoymusunuzmu? Ərz etdi mən ona ad qoymaqda sizdən önə keçməyəcəm.Allahın Rəsulu (s) buyurdu: mən də ad seçməkdə Allahdan önə keçməyəcəm. Bu an Cəbrail (ə) asimandan nazil olub Allahın salamını Peyğəmbərə (s) çatdırdı və buyurdu: Allah əmr edib ki, uşağın adına Harunun oğlunun adını "Şibr" qoyasan. Həzrət buyurdu: Mənim dilim ərəb dilidir. Cəbrail ərz etdi: adını Həsən qoy, Peyğəmbər (s) onu "Həsən" adlandırdı.
Bəli əziz mömin qardaşlarımız və bacılarımız! Həzrət İmam Həsən əleyhissalam mübarək Ramazan aynın bu mübarək günündə yəni on beşinci günü vəhy evində dünyaya göz açaraq aləmləri nura qərq etdi.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə