Çr.ax12112018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Hüseyn (ə) Məqalələr İmam Hüseyndən (ə) müxtəlif hədislər

İmam Hüseyndən (ə) müxtəlif hədislər

Həzrət imam Hüseyndən (ə) müxtəlif mövzularda hədisləri sizlərə təqdim edirik:

“Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə də üzr istəyər. Münafiq isə hər gün pislik edər və üzr istəyər.”

“Bilik qazanmaq tanımağı daha da bərəkətli edər”

İmam Hüseyn (ə) duaların birində buyurur: “İlahi! Başımın nişanə və əlamətlərə qarışması (Səninlə) görüşdən uzaq düşməyimə səbəb olur. Belə isə, bütün güc və qüdrətimi məni Sənə çatdıracaq bir xidmətə yönəlt. Özü öz varlığında Sənə möhtac olan necə Sənə doğru bələdçi və dəlil ola bilər? Səndən qeyrisi görünən və aşkar, Sən isə (zahirdə) yoxsan ki, onlar Səni aşkarlayıb üzə çıxarsınlar. Sən nə vaxt olmamısan ki, Sənə tərəf yolu göstərən bələdçiyə ehtiyacın olsun?…. Sənə doğru yol gəlməyim də Səndəndir. Nurunla məni Özünə tərəf yönəlt”

“Saməd odur ki, içiboş olmasın. Saməd odur ki, sərvərliyi və ağalığı zirvələrdə olsun. Saməd odur ki, nə yesin, nə də içsin. Saməd odur ki, yatmasın. Saməd elə varlıqdır ki, daima olmuşdur və olacaqdır.”

“Bilin ki, yaxşılıq etmək sitayiş, pərəstiş yaradar və mükafata səbəb olar. Əgər yaxşılığı insan surətində görsəniz, hər an onu yaxşı, gözəl, gözoxşayan və bütün dünya əhlindən gözəl görərsiniz. Əgər alçaqlığı görsəniz, onu nizamsız, çirkin, ürəklərdə ikrah doğuran və gözlər üzünə bağlanan bədsifət görəcəksiniz.”

“İnsanın ən güzəştcili, qüdrətli olduğu vaxt güzəşt edəndir.”

İmam Hüseyn (ə)  Müaviyənin yanında söz ağıldan düşdükdə belə buyurdu: “Ağıl haqqa tabe olmasa, kamala yetişməz.”

“Hər səhər erkən ümmətin əməlləri Allah-taalaya təqdim olunur.”

İmam Hüseynin (ə) yanında bir kişinin qeybətini edən bir nəfərə buyurdu: “Ey kişi!Qeybətdən əl çək. Çünki qeybət  cəhənnəm  itlərinin yalıdır.“ 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə