Bz.er09232019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Kazım (ə) Məqalələr İmam Kazim (ə) qeybi xəbərlə səhabəsini xilas etdi

İmam Kazim (ə) qeybi xəbərlə səhabəsini xilas etdi

İmam Musa Kazimin səhabəsi Əli ibni Yəqtinə qeybi bir tövsiyə verməklə onu belə xilas edir.
İslaminSesi.info – Əli ibni Yəqtin Abbasi Xəlifəsi Harun ər-Rəşidin sarayında xəlifənin əyanlarından biri olmaqla yanaşı həm də İmam Musa Kazimin yaxın səhabələrindən və tərəfdarlarından idi.

Əli ibn Yəqtin göstərdiyi bu xidmətləri nəticəsində həmişə İmam Kazimin razılığını cəlb etmiş, onun diqqətində olmuş və o Həzrətin tədbiri sayəsində dəfələrlə qəti təhlükədən xilas olmuşdu.

Şeyx Mufi əl-İrşad əsərindən həmin təhlükələrdən birini belə nəql edir:

Bir dəfə Harun ər-Rəşid hədiyyə olaraq Əli ibn Yəqtinə bir neçə paltar (xələt) bağışlamışdı. Paltarların arasında xəlifələrə məxsus olan qara rəngli, zərlə bəzədilmş xəzdərili bir paltar da var idi. Əli ibn Yəqtin həmin bahalı paltar da daxil olmaqla onların çoxunu İmam Kazimə bağışlayır, üstəlik həmişəki kimi malının xümsünü çıxıb o Həzrət üçün göndərir. İmam Kazim həmin bahalı paltardan başqa bütün pulları və paltarları qəbul edir. Əli ibn Yəqtinə də bir məktub yazıb bildirir ki, bu paltarı özündə saxla və heç kəsə vermə, çünki bir vaxt sənin üçün irəli çıxacaq hadisədə o sənə lazım olacaq. Əli ibn Yəqtin İmam Kazimin həmin paltarı nə üçün geri qaytardığını başa düşə bilmir, lakin onu (İmamın buyurduğu kimi) qoruyub saxlayır. Necə olursa, bir gün o, öz xadimlərindən birini işini layiqincə yerinə yetirmədiyi üçün işdən çıxarır. Əli ibn Yəqtinin İmam Kazim ilə əlaqə saxladığını, onun o Həzrət üçün pul və sair hədiyyələr göndərməsindən xəbərdar olan bu xadim Harunun yanına gedərək Əli ibn Yəqtindən şikayətlənib deyir: "O, (Əli ibn Yəqtin) Musa ibn Cəfəri İmam kimi tanıyır və hər il öz malının xümsünü ona göndərir." Sonra da paltarların hədiyyə göndərilməsini sübut gətirib dedi: "Xəlifənin filan tarixdə ona bağışladığı xüsusi paltarı da, Musa ibn Cəfər əleyhissəlama bağışlayıb." Harun bu xəbəri eşitdikdə, bərk qəzəblənib dedi: "Gərək bu məsələni araşdıram. Əgər dediklərin doğru olarsa, onun qanını tökəcəyəm." Sonra Əli ibn Yəqtini çağırtdırıb həmin paltar barədə soruşdu. Əli ibn Yəqtin dedi: "Onu bir boğçaya qoyub indiyə qədər saxlamışam." Harun dedi: "Onu dərhal bura gətir!" Əli ibn Yəqtin xadimlərdən birini tez evə göndərib deyir: "Bizə get, gözətçidən filan otağın açarını alıb həmin otağı aç,sonra da orada olan filan sandığı aç və onun içindəki boğçanı üstündə olan möhürlə birlikdə bura gətir." Çox çəkmir ki, xadim həmin paltarı üstündəki möhürlə birlikdə gətirib Harunun qarşısına qoyur. Harun əmr edir ki, möhürü açsınlar. Boğça açıldıqda, Harun görür ki, öz verdiyi paltar qatlanmış halda saxlanılmışdır. Harunun qəzəbi soyuduqdan sonra Əli ibn Yəqtinə deyir: "Bundan sonra səndən şikayət edən heç bir şəxsin sözünə inanmayacağam." Sonra əmr verir ki, Əliyə dəyərli və qiymətli hədiyyə verib şikayətçini möhkəmcə tənbeh etsinlər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə