Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Səfər Səfər ayına aid yazılar İmam Musa Kazimin (ə) mövludu

Səfər ayına aid yazılar

İmam Musa Kazimin (ə) mövludu

Bu gün müsəlmanların yeddinci İmamı Musa Kazim əleyhissəlamın viladət günüdür.
İslaminSesi.info xəbər verir ki, İmam Museyi Kazım (ə) hicri qəməri tarixi ilə 128-ci ildə səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə, İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı xanım olub. İmam Museyi Kazım 54 il ömür sürüb və 35 il müsəlmanlara imamlıq edib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə zindanda şəhid edilib.

İmam həyatı boyu çox məşəqqətlər çəkib və Abbasi xəlifələri tərəfindən ciddi təhdid hesab edilərək uzun illər zindan həyatı yaşayıb. İmam Musa Kazim(ə) bütün bu məşəqqətlərə baxmayaraq, səbirli olduğundan ona “Kazim”, yəni qəzəbini boğan və cilovlayan ləqəbi verilib.

Abbasi xəlifələrinin zülmündən əlavə imam öz dövründə digər problemlərlə də qarşılaşıb. Məhz İmam Musa Kazimin dövründə şiə məzhəbindən İsmailiyyə, Əftəhiyyə, Navusiyyə kimi qollar ayrılıb və insanların əqidələrində çaşqınlıq yaratmağa başlayıb. İmam belə əqidələrə qarşı mübarizə apararaq, insanların dini incanlarının sağlamlığını təmin edirdi.

Bu gün imamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri yüz milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi həbsxanaların 3 dəfə dəyişdirilməsidir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc göndərilib: “Onu geri al, yoxsa azad edəcəyəm!”

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazım (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi Kazim (ə) hicri-qəməri tarixi ilə 182-ci il rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhər verilərək şəhid edilib.

Qeyd edək ki, İmam Museyi Kazımın (ə) Azərbaycanla da bilavasitə əlaqəsi olub. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burada yaşayıb və bu torpaqda da dəfn ediliblər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə