Çr.ax08202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə Övliya və alimlər «Daşın arifin əlində paralanması»

«Daşın arifin əlində paralanması»

Şeyx Qulamrza Əlinur mənə (müəllifə) nəql edirdi ki, həzrət Ayətullah Vicdani deyirdi:
İllərin birində aşura günü, günortadan sonra qəbir əhlini ziyarət üçün "Qumun yeni qəbiristan” deyilən qəbiristanlığına getdim. Fatihə oxuyub ziyarət edəndən sonra gözüm qəbiristanlığın bir küncündə ziyarətə məşğul olan Əllamə Təbatəbaiyə sataşdı. Yaxına gedib salaməleyk etdim.
Əllamə bir neçə dəfə yanıqlı halda mənə dedi:
Cənab Vicdani, bu gün hansı gündür? Dedim:
 Aşura günüdür. Dedi:
Heç görə bilirsənmi bu günü bütün mövcudat − yer, göy, daşlar, otlar şəhidlər ağası imam Hüseynə göz yaşı axıdır?
Mən onun bu sözlərindən təəccüblənib lal-mat qaldım. Anladım ki, varlığın həqiqətindən xəbər verir.
Bu halda Əllamə Təbatəbai əyilib yerdən bir daş parçası götürdü və daşı əli ilə alma kimi ortadan iki yerə böldü. Paralanmış daşı mənə sarı uzadıb nişan verəndə heyrətimdən quruyub qaldım. Gördüm daşın arasından qan süzülür. Bir müddət heyrət içində daşa tamaşa etdim.
Özümə gələndə artıq Əllamə qəbiristanlıqdan çıxıb getmişdi.
 
 «Bir saat sonra öləcəyəm»

Tanınmış arif seyyid Haşım Həddadın ölümü barədə qızı Fatimə və nəvələri seyyid Abbas və seyyid Musa belə nəql edirlər ki:
Ölümünə az qalmış seyyid Haşim Həddadı Kərbəla xəstəxanasında yatırdırlar. Xəstənin xüsusi həkimi doktor seyyid Məhəmməd Şəruqi idi. Ramazan ayının 12-ci günü qürub çağına üç saat qalmış ağa Həddad deyir ki, məni xəstəxanadan çıxarıb evə aparın, seyyidlər evə yığışıb məni gözləyirlər.
Doktor etiraz edib deyir ki, sizi heç yerə buraxmaq olmaz.
Ağa Həddad doktora deyir:
Səni and verirəm anam Fatimeyi Zəhraya, icazə ver mən gedim, bir saatdan sonra mən bu dünyadan köçəcəyəm.
Doktor əlacsız qalıb icazə verir və xəstənin yaxınlarına deyir, hələlik halı yaxşıdır, bu tezlikdə ölən deyil.
Seyyid Haşim Həddad həmin anda qalxıb evə gəlir. Evə çatanda görür bacanağı hacı Səməd Dəllalın oğlanları evdə oturub onu gözləyirlər.
Hacı Səmədin oğlanları gəlməklərinin səbəbini bildirib deyirlər ki, "İnna sənulqi əleykə qəvlən səqilən” ayəsinin mənasını soruşmağa gəlmişik. Bu ayədə "qəvlən səqilən” dedikdə nə nəzərdə tutulur?
Seyyid Haşim Həddad sualın cavabında buyurur: "La Huvə illa Hu”. Bunu deyib evdəkilərdən hazır xına istəyir və ərəb cavanları adəti üzrə toy günü əllərinə və ayaqlarına xına bağladıqları kimi, xınayaxma mərasiminə uyğun olaraq Həddad da ayaqlarına və əllərinə xına bağlatdırır. Sonra evdəkilərə işarə edir ki, otağı xəlvət edin.
Bu halda üzü qibləyə uzanır. Bir az keçmiş içəri girib görürlər ki, canını Allaha təslim etmişdir.
Doktor seyyid Məhəmməd Şəruqi deyir:
 Seyyid Haşım mənə deyəndə ki: bir saat sonra öləcəyəm, mən həmin dəqiqələrdə onun evinə yollandım ki, görüm məsələ nə yerdədir. İçəri keçib gördüm üzü qibləyə uzanıbdır. Nəbzini tutdum, gördüm artıq dayanmışdır.
 
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə