Çr.ax12112018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Hüseyn (ə) Məqalələr İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA ZÜHUR ƏLAMƏTLƏRİ-2

İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA ZÜHUR ƏLAMƏTLƏRİ-2

 

 İmam Mehdinin (ə) cahanşümul inqilabının bir sıra nişanələri vardır ki, onlar haqda məlumat əldə etmək mühüm təsirlərə malikdir. Məsum imamların (ə) rəvayətlərində zühur üçün bir sıra əlamətlər zikr edilmişdir ki, onlardan bəzisi adi və təbii, bəzisi isə qeyri-adi hadisələrdir. Şəhidlər sərvəri imam Hüseyn (ə) imam Mehdinin (ə) zühur əlamətləri haqda belə buyurur:

للمهدی خمس علامات: السفیانی، و الیمانی، و الصیحة من السماء، و الخسف بالبیداء و قتل النفس الزکیة

“Mehdinin (zühuru üçün) beş əlaməti vardır: 1. Süfyaninin meydana çıxması; 2. Yəmaninin qiyamı; 3. Səmavi nida; 4. “Beyda” adlı yerin çökməsi (Beyda çölündə Süfyani ordusunun yerə batması); 5. Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi.” (“Əl-qeybət”, Nömani, 14-cü bölüm, səh.247, 257 və 383; “Əl-qeybət”, Şeyx Tusi, səh.256, 274 və 280; “Biharul-ənvar”, 52-ci cild, səh.181, 186, 237, 239 və 278.)

Bu məzmunda imam Sadiqdən (ə) də belə bir rəvayət nəql olunur:

قَبْلَ قِيَامِ الْقَائِمِ خَمْسُ عَلَامَاتٍ مَحْتُومَاتٍ الْيَمَانِيُّ وَ السُّفْيَانِيُّ وَ الصَّيْحَةُ وَ قَتْلُ النَّفْسِ الزَّكِيَّةِ وَ الْخَسْفُ بِالْبَيْدَاء

“Qaimin (imam Mehdinin) qiyamından öncə beş əlamətin baş verəcəyi qətidir: 1. Yəmaninin qiyamı; 2. Süfyaninin meydana çıxması; 3. Səmavi nida; 4 Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi; 5. “Beyda” adlı yerin çökməsi (Beyda çölündə Süfyani ordusunun yerə batması).” (“Kəmalud-din”, 2-ci cild, səh.650.)

İndi isə digər rəvayətlərə diqqət yetirməklə, bu beş nişanənin qısa şərhinə nəzər yetirək.

1. Süfyaninin meydana çıxması: Süfyaninin meydana çıxması zühur nişanələrindən biri kimi, bir çox rəvayətlərdə nəql edilmişdir. O, Əbu Süfyanın nəslindən olacaq və imam Mehdinin (ə) zühurundan az müddət əvvəl Şam vilayətində qiyam edəcək, çoxlu sayda günahsız insanların qanını axıdacaq, insanları öldürməkdən çəkinməyəcək və düşmənləri ilə çox sərt davranacaq. İmam Sadiq (ə) onun haqda belə buyurmuşdur:

إِنَّك‏ لَوْ رَأَيْتَ السُّفْيَانِيَّ... أَشْقَرَ أَحْمَرَ أَزْرَقَ

“Əgər Süfyanini görsən, insanların ən alçağını görmüsən.” (“Kəmalud-din”, c.2, səh.557, fəsil 57, hədis 10.)

Süfyani Rəcəb ayında qiyam edəcək, Şam vilayətini və ətraf məntəqələri ələ keçərdikdən sonra İraqa hücum edərək, kütləvi qırğınlara əl atacaq. Bəzi rəvayətlərə görə, Süfyaninin qiyamı ilə ölümünün arasındakı fasilə on beş ay çəkəcək. İmam Sadiq (ə) buyurur:

السُّفْيَانِيُّ مِنَ الْمَحْتُومِ وَ خُرُوجُهُ فِي رَجَبٍ وَ مِنْ‏ أَوَّلِ‏ خُرُوجِهِ‏ إِلَى‏ آخِرِهِ‏ خَمْسَةَ عَشَرَ شَهْراً سِتَّةُ أَشْهُرٍ يُقَاتِلُ فِيهَا فَإِذَا مَلَكَ الْكُوَرَ الْخَمْسَ مَلَكَ تِسْعَةَ أَشْهُرٍ وَ لَمْ يَزِدْ عَلَيْهَا يَوْماً

“Süfyaninin meydana çıxması qəti əlamətlərdəndir və Rəcəb ayında qiyam edəcək. Qiyamının başlanğıcından sonuna qədər 15 ay çəkəcək. Onun altı ayını döyüşlə keçirəcək. Beş şəhəri ələ keçirdikdən sonra, həmin şəhərlərə doqquz ay hökmranlıq edəcək və hətta bu müddətə bir gün belə artıırılmayacaq.” (“Əl-qeybət”, Nömani, səh.300.)

Hədisdə Süfyaninin adı Osman ibn Ənbəsə kimi göstərilsə də, Abdullah ibn Əbu Mənsur imam Sadiqdən (ə) Süfyaninin adını soruşduqda, o həzrət buyurur:

سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ علیه السلام عَنِ اسْمِ السُّفْيَانِيِّ فَقَالَ وَ مَا تَصْنَعُ‏ بِاسْمِهِ‏ إِذَا مَلَكَ كُوَرَ الشَّامِ الْخَمْسَ دِمَشْقَ وَ حِمْصَ وَ فِلَسْطِينَ وَ الْأُرْدُنَّ وَ قِنَّسْرِينَ فَتَوَقَّعُوا عِنْدَ ذَلِكَ الْفَرَج‏ ..

“Onun adı ilə nə işin var? O, beş məntəqəni – Dəməşq, Hims (Homs), Fələstin, İordaniya, Qinnəsrini ələ keçirdikdə, fərəcin (zühur) intizarında olun.” (“Kəmalud-din”, 2-ci cild, səh.251, hədis 11.)

İmam Əlidən (ə) nəql olunan rəvayətdə onun haqda belə buyurulur:

يَخْرُجُ ابْنُ آكِلَةِ الْأَكْبَادِ مِنَ الْوَادِي الْيَابِسِ وَ هُوَ رَجُلٌ رَبْعَةٌ وَحْشُ الْوَجْهِ ضَخْمُ الْهَامَةِ بِوَجْهِهِ أَثَرُ جُدَرِيٍّ

“Cigəryeyən (şəhidlər sərvəri Həmzənin cigərini yeyən) Hindin övladı Yabis vadisindən xüruc edəcək. O, ortaboylu, qorxuncqiyafəli, başı böyük və çopursurətlidir.” (“Kəmalud-din”, 2-ci cild, səh.651.)

2. Yəmaninin (Yəmənlinin) meydana çıxması: Yəməndə meydana çıxacaq bir komandirin qıyamı da zühur nişanələrindəndir. Bu hadisə qiyamdan az müddət öncə baş verəcək və həmin şəxs Süfyaninin əksinə olaraq saleh və mömin bir şəxs olacaq. Bütün qüvvəsi ilə fitnə-fəsad və pisliklərlə mübarizə aparacaq. İmam Baqir (ə) buyurmuşdur: “...Yəmaninin bayrağı hidayət bayrağıdır ki, o, sizi sahibinizə (imam Mehdiyə (ə)) doğru dəvət edəcək.” (“Əl-qeybət”, Nömani, səh.264, fəsi14, hədis 13.)

3. Səmavi nida: Zühurdan əvvəl baç verəcək hadisə və nişanələrdən biri də, samavi bir səsin eşidilməsidir. Bəzi rəvayətlərə görə, bu səs Cəbrailin (ə) səsidir və mübarək Ramazan ayında eşidiləcək. Böyük islahatçının qıyamı dünyamiqyaslı bir inqilab və hamı bu inqilabın intizarında olduğundan bu hadisədən xəbərdar olmağın yollarından biri də səmavi nidanın eşidilməsidir. İmam Baqir (ə) buyurmuşdur: “Səmavi carçı nida etdyi zaman, Qaim (ə) zühur edəcək; belə ki, şərq və qərb əhli onun səsini eşidəcək.” (“Əl-qeybət”, Nömani, fəsil: 14, hədis: 14, səh.265.)

Bu səs möminlərin sevincinə səbəb olacağı kimi, pis insanlara da çirkin işlərindən çəkinmələri, böyük islahatçının dostları və köməkçilərindən olmaları üçün bir xəbərdarlıq olacaq.

Həmin səsin keyfiyyəti haqda müxtəlif rəvayətlər möbcuddur ki, onlardan birində imam Sadiq (ə) belə buyurmuşdur: “Səmadan bir carçı Qaimin (ə) və onun atasının adı ilə səslənəcək.” (“Əl-qeybət”, Nömani, fəsil: 10, hədis: 29, s.187.)

4. “Beyda” məntəqəsinin çökməsi; Beyda Məkkə ilə Mədinə arasında yerləşən bir məntəqənin adıdır. Süfyani imam Mehdinin (ə) qoşunu ilə döyüşmək üçün Məkkəyə doğru bir ordu göndərəcək. Ordu Beyda məntəqəsnə çatdıqda, möcüzəvi şəkildə yerə batacaq. İmam Baqir (ə) bu haqda belə buyurmuşdur: “Mehdinin (ə) Məkkəyə doğru hərəkət etməsi Süfyani ordusunun komandirinə xəbər verildikdə, onun ardınca bir ordu göndərər, ancaq onu tapa bilməzlər... Süfyaninin ordusu Beydaya çatadığı zaman, səmadan belə bir səs eşidilər: “Ey Beyda, onları məhv et.” Bu zaman Beyda çölü onları yerə çökdürər.” (“Əl-qeybət”, Nömani, fəsil: 14, hədis: 67, s.289.)
5. Nəfsi-Zəkiyyənin öldürülməsi: “Nəfsi-zəkiyyə” kamala və yetkinlik həddinə çatmış, yaxud heç kimi öldürməmiş pak və günahsız insan mənasını daşıyır. Nəfsi-Zəkiyyənin öldürülməsi dedikdə, imam Mehdinin (ə) qiyamından az öncə görkəmli və yaxud günahsız bir şəxsin o həzrətin müxalifləri tərəfindən öldürülməsi nəzərdə tutulur. Bəzi rəvayətlərdə bu cinayətin imam Mehdinin (ə) qiyamından on beş gün əvvəl baş verəcəyi nəql edilmişdir. İmam Sadiq (ə) bu haqda buyurmuşdur: “Ali-Mühəmmədin Qaiminin (ə) qıyamı ilə Nəfsi-Zəkiyyənin öldürülməsi arasında on beş gecəlik fasilə olacaq.” (“Kəmalud-din”, c.2, fəsil: 57, hədis: 2, s.554.)

Yazımızı Peyğəmbəri-Əkrəmin (s) axır zaman və zühurdan qabaqkı dövr haqqında buyurduğu kəlamla sona yetiririk:

يَنْزِلُ بِاُمَّتِى فِى آخِرِالزَّمانِ بَلاءٌ شَديدٌ مِنْ سُلْطانِهِمْ، لَمْ يُسْمَعْ بَلاءٌ اَشَدٌّ مِنْهُ، حَتّى تَضِيقَ عَنْهُمُ الاَرْضُ الرَّحْبَةُ، وَحَتّى يَمْلَاُ الْاَرْضَ جَوْراً وَظُلْماً، لايَجدُ الْمُؤمِنُ مَلْجَاً يَلْتَجِاُ اِلَيْهِ مِنَ الظُّلمِ فَيَبْعَثُ اللهُ عَزَّوَجَلَّ رَجُلاً مِنْ عِتْرَتِى، فَيَمْلَاُ الْاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً، يَرْضى عَنْهُ ساكِنُ السَّماءِ وَ ساكِنُ الْاَرْضِ، لا تَدَّخِرُ الْاَرْضُ مِنْ بَذرِها شَيْئاً اِلاّ اَخْرَجَتْهُ، وَلاَ السَّماءُ مِنْ قَطْرِها شَيْئاً اِلاّ صَبَّهُ اللهُ عَلَيْهِمْ مِدراراً:

“Axır zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara məruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mömin bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-Taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir- bərəkət bürüyər)!” (“Əl-müstədrəkü ələs-səhiheyn”, 4-cü cild, səh. 465;  “Nrgine-afərineş”, Mehdi Hairipur.)

İlahi, bizi imam Mehdinin (‘ə.c.) əsgərləri sırasında qərar ver!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə