Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət “Mənim bu əlim, Allahın əlinə çatmışdır”

Öyüd-Nəsihət-Rəvayət

“Mənim bu əlim, Allahın əlinə çatmışdır”

Əgər bir kəs həqiqətən yoxsul olsa və sənə müraciət etsə, bil ki, onu bir kəs göndərmişdir.
Biz ehtiyacı olanlara nə qədər kömək göstərsək Zati Əqdəsi İlahi neçə qat artıqlaması ilə onun əvəzini əta edəcək. Allahın həbibi olmaq mümkün bir işdir. İnanın ki, Allah sədəqələri ondan alır, ondan qəbul edir. Bu yolu bizə göstəriblər və bu yol gözəl bir yoldur. Bu elə bir yol deyil ki, insan bundan peşmançılıq çəksin, yaxud öz sürətini azaltsın.

“Miskin” və “rəsul” kəlmələrinə Nəhcül-bəlağənin mündəricatında baxın. Həzrət (ə) buyurur: “Əlmiskinu rəsulullah”. Yəni bu günləri sizə müraciət edən bu yoxsulu Allah sizə tərəf göndərmişdir. Əgər bir kəs həqiqətən yoxsul olsa və sənə müraciət etsə, bil ki, onu bir kəs göndərmişdir. Onun müşkülünü həll etsən, sənin əlin yoxsulun əlinə yetişməzdən öncə Allahın əlinə yetişir. Ona görə də İmam Səccad (ə) yoxsula bir şey verdikdən sonra bəzən öz əlini qoxulayardı, bəzən öpürdü, bəzən başının üzərinə qoyurdu, bəzən də üzünə çəkirdi. Sonra buyururdu: “Mənim bu əlim, Allahın əlinə çatmışdır”.
"Əllamə Cavadi Amilinin əxlaq dərslərindən.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə