Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İman-Təqva ZAHİRİ VƏ HƏQİQİ İMAN

İman-Təqva

ZAHİRİ VƏ HƏQİQİ İMAN

Zahiri müsəlman olduğu kimi, zahiri kafir də vardır. Kəlmeyi-şəhadət deməmək, dinin zəruri hökmünü inkar etmək zahiri küfrdür.

Şərti olaraq zahiri müsəlmanlığı «islam», həqiqi müsəlmanlığı isə «iman» adlandıraq. Allah-təala Qurani-Kərimdə buyurur: «Biz iman gətirdik» dedilər. De ki: «Siz iman gətirmədiniz. «İslamı qəbul etdik» deyin!» [«Hücərat» surəsi, ayə 14.]. İslam dini dildə qəbul edib, ona zahirən əməl etməkdirsə, iman qəlbə aid olan bir məsələdir.
Bəzən belə ola bilər ki, həqiqi bir müsəlman ömrünün sonunadək təqiyyə edərək imanını gizləyə. Misal olaraq Fironun mömin ailəsini və ya həzrət Əbu Talibi göstərmək olar. Rəvayətlərdə bildirilir ki, Əbu Talib İslamın başlanğıc dövründə iman gətirənlərdən idi. Hansı ki, bəzi məzhəb nümayəndələri Əbu Talibin əqidəsini gizlətməklə Peyğəmbəri (s) müdafiə etdiyini nəzərdən qaçıraraq, onun müsəlman olmadığını iddia edirlər.
Bu mövzuya Qurani-Kərimdə də toxunulur: «Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi»[«Ğafir» surəsi, ayə 28.], «Qəlbi imanla sabit olduğu halda, küfrə məcbur edilən şəxs istisnadır»[«Nəhl» surəsi, ayə 106. ]. Əgər bir şəxs dini dəyərləri və övliyaları canını qorumaq üçün inkar etməyə məcbur olarsa bu iş onun imanı üçün təhlükəli deyil. Həmin şəraitdə imanı gizlətməklə təqiyyə vacibdir. Həzrət Əbu Talibin bütün ömrünü təqiyyədə keçirməsi yuxarıda deyilənləri təsdiqləyən gözəl bir misaldır. Bəli, iman insanın daxili aləminə aid olan bir həqiqətdir.
Qədim zamanlarda gün uzunu imansız ağanın nəzarəti altında olan qullar qəlblərində ibadət edərdilər. Yəni iki rəkət namaz qılmağa qüvvəsi çatmayan insan qəlbində ibadət edə bilər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə