Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri “Qalx, ey Dabbətallah!”

Şiə məqalələri

“Qalx, ey Dabbətallah!”

(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsil həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır)”. (“Nəml” 82).
Bu ayə təfsirçilərin də bəyan etdiklərinə görə rəcət dövrünə aid edilir. Əhli-Beyt (ə) məktəbinin nəzərinə görə yerdən çıxan varlıq – İmam Əlidir (ə). Allah Təala Qiyamətdən əvvəl onu yerdən xaric edəcəkdir, o halda ki, əlində Musanın (ə) əsası və Süleyman peyğəmbərin (ə) üzüyü olacaqdır. Möminlə kafiri bir-birindən ayıracaq və hər biri aydın olacaqdır.
İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) İmam Əlini (ə) məsciddə kiçik daşları toplayıb, başını üzərinə qoyub yatan halda görür. Peyğəmbər (s) onu tərpədir və buyurur: “Qalx, ey Dabbətallah!”. Orada olan səhabələrdən biri deyir: “Bizlərdən bəzisi bəzisini belə adlandıra bilərmi?”. Həzrət () buyurur: “Heç kəs bu ada layiq deyildir, Əli ibni Əbitalibdən (ə) başqa ki, bu adla adlandırıla bilsər”. Sonra Həzrət (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! O zaman ki, axəril-zaman olar, Allah səni ən yaxşı şəkildə xaric edər və sənin yanında əsa olar ki, o əsa ilə düşmənlərini vurarsan. Musanın əsası”.
Quranın bir ayəsi buyurur: “Və (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin”. (“Ali-İmran” 81).
Hədislərimiz buyurur ki, bu ayədə peyğəmbərə yardım edin deyildikdə, məqsəd İmam Əliyə (ə) rəcət zamanı yardım etmək nəzərdə tutulur. İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “Allah Adəmin (ə) zamanından axırıncı Peyğəmbərə (s) qədər elə bir peyğəmbər göndərməyib, məgər o halda ki, dünyaya qayıtsın və İmam Əliyə (ə) yardım etsin”.
Beləliklə bu hədislərdən və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, rəcət zamanı yerdən çıxan İlahi hüccət İmam Əli (ə) olacaqdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə