Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Peyğəmbərin (s) sözü və İmam Əlinin (ə) Allah razılığı üçün ibadəti

Öyüd-Nəsihət-Rəvayət

Peyğəmbərin (s) sözü və İmam Əlinin (ə) Allah razılığı üçün ibadəti

Əhvalat : Zahirən dünyəvi əməl Allahın razılığı üçün ola bilər!

Mənaqib kitabında Həzrət Əli (s) ilə bağlı maraqlı bir əhvalat yer alıb...

Bir gün İslam Peyğəmbərinə biri iri, biri kök olmaqla iki dəvə bağışladılar. Həzrət (s) səhabələrə buyurdu ki, kim iki rəkət namaz qılsa və namazın əvvəlindən sonuna qədər dünya barədə fikrindən nəsə ötməsə dəvənin birini ona bağışlayacağam. Kimsə dinmədi.

Əli (ə) dedi ki, mən dediyiniz kimi namaz qılaram. Namaza başladı və sona çatdırdı. Peyəmbər buyurdu: Ya Əli, namazın salamında fikrindən keçdi ki, iri dəvəni götürüm, yoxsa kök dəvəni?..” Cəbrail nazil oldu və ərz etdi: “Ey Allahın Rəsulu, dəvəni Əliyə ver. Əli dünya yox, Allahın razılığını düşünürdü. Düşünürdü ki, iri, yoxsa kök dəvəni Allah yolunda qurbanlıq edib, sədəqə versə yaxşıdır? Dəvəni Əliyə verdi

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə