Öyüd-Nəsihət-Rəvayət

Əhli-Beyti (ə) sevmək hansı 7 qorxulu yerdə insanın imdadına çatar?

 

Şeyx Səduq əl-Əmali əsərində Məhəmməd peyğəmbərdən (s) bu haqda nəql edilən hədisi gətiribdir:

“Əhli-beytimə məhəbbət bəsləmək qorxusu böyük olan 7 məkanda insana fayda verər:

1- Ölüm anında
2- Qəbr evində
3- Qəbirdən qalxan zaman
4- Əməl dəftərçələrinin insanlara verildiyi anda
5- Hesab-kitab vaxtı
6- Mizan tərəzi vaxtı
7- Sirat körpüsündən keçən zaman.