Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Məscidə get-gəl edən kəsə səkkiz xeyir-bərəkət nəsib olar

Öyüd-Nəsihət-Rəvayət

Məscidə get-gəl edən kəsə səkkiz xeyir-bərəkət nəsib olar

 Məscidə gedib-gəlməyin nəticəsində qəlbində baş qaldıran Allah qorxusunun sayəsində günahı tərk etməsi
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbuzər! Allah-təala buyurur: “Mənim üçün bəndələrimin ən sevimlisi o kəsdir ki, Mənə görə bir-birinə məhəbbət bəsləyirlər, qəlbləri məscidə bağlıdır və dan üzü istiğfar edərlər. Onlar elə bir kəslərdir ki, əgər yer əhlinə əzab göndərməli olsam, onlara xatir (camaatın arasında olduqları üçün) həmin əzabı yer əhlindən götürərəm.”

Bəli, Allah-təala ürəkləri məscidə bağlı olan, məscidə getmək üçün fürsət gözləyən, gecənin bir aləmi Allahla münacata qalxan sevimli bəndələrinin vücudları xatirinə əzabı yer üzünə, onların içərsində olduğu cəmiyyətə göndərmir.
Onlar axirətdə yüksək məqamlara, saysız savablara çatmaqdan əlavə, öz varlıqları ilə əzabın cəmiyyətdən götrülməsinə səbəb olurlar. Bu dəstənin cəmiyyətə verdiyi xeyir-bərəkət çoxdur. Bütün bunlar məscidə get-gəl etməyin, Allaha diqqət yetirməyin nəticəsində hasil olur.
İnsanın məscidlə üns tutmasının ona nəsib etdiyi xeyir, bərəkət ancaq axirət savabı ilə bitmir, elə bu dünyanın özündə də insan məscidə get-gəl etməyin sayəsində bir sıra əxlaqi, elmi, ictimai, siyasi və hətta maddi faydalar əldə edir.
Həzrət Əli (ə) məscidə get-gəl etməyin bəzi dəyərli təsirləri barəsində danışarkən buyurur: “Məscidə (davamlı) get-gəl edən kəsə (ən azı) aşağıdakı səkkiz xeyir-bərəkət nəsib olar:

1–Allah yolunda istifadəsinə yarayacaq iman qardaşı.
2–Yeni elm.
3–Quran ayələrindən bəzilərinin dərki.
4–Onun hidayətinə səbəb olacaq kəlam eşitməsi.
5–Allah tərəfindən intizarında olduğu rəhmətə qovuşması.
6–Onu azğınlıqdan qoruyacaq söz eşitməsi.
7–Məscidə gedib-gəlməyin nəticəsində qəlbində baş qaldıran Allah qorxusunun sayəsində günahı tərk etməsi.
8–Məsciddə tanış olduğu din-iman qardaşlarından həya edərək günahı tərk etməsi.” (“Bihar”, c. 83, səh- 35.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə