Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Sadiq (ə) Məqalələr Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver

Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver

 

Halal yeməklərdən ye və yeməkdən əvvəl “Bismillah” de.
Ünvan Bəsri: Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver.

İmam (ə) buyurdu:-Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin. Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü helm (həlimlik) və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.
Ünvan Bəsri deyir: «Bütün nəzər diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim.» O, buyurdu:
Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:
1.Ehtiyatlı ol, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur.
2.Acımamış yemə.
3.Halal yeməklərdən ye və yeməkdən əvvəl “Bismillah” de.
Sonra Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) buyurduğu aşağıdakı hədisi nəql etdi: “İnsan qarnından da şər qab doldurmur. Əgər yeməyə ehtiyacı varsa, qarnının üçdə birini yemək üçün, üçdə birini su üçün və üçdə birini də nəfəs almaq üçün saxlamalıdır.”
Helm barəsində tövsiyə edilən işlər aşağıdakılardır:
1.Hər kəs sənə “mənə dediyin hər bir sözün əvəzində sənə on qat cavab verəcəyəm. - desə sən cavabında de: “Əgər sən mənə on kəlmə pis söz desən də cavabında məndən hətta bir kəlmə də eşitməyəcəksən!”
2.Hər kəs sənə nalayiq sözlər desə cavabında de: “Əgər düz deyirsənsə Allah məni bağışlasın, yox, əgər yalan deyirsənsə Allah səni bağışlasın!”
3.Hər kəs səni söyüşlə təhdid edərsə sən ona nəsihət və dua vədəsi ver.
Elm barəsində tövsiyə olunan şeylər aşağıdakılardır:
1.Bilmədiyin hər bir şeyi alimlərdən soruş. Amma ehtiyatlı ol ki, sənin sualların onları sınaqdan keçirmək və onlara əziyyət vermək məqsədi daşımasın.
2.Şəxsi rəyinə əməl etməkdən ciddi şəkildə uzaq ol və bacardığın qədər ehtiyatı əldən vermə.
3.Yırtıcı şirdən qaçdığın kimi, şəxsi rəy əsasında (şəri dəlili olmadan) fətva verməkdən çəkin. Öz boynunu, camaatın keçməsi üçün körpü qərar vermə.
Sonra buyurdu:
Mənim yanımdan qalx, ey Əba Əbdillah! Sənə kifayət qədər nəsihət etdim, mənim zikrlərimə mane olma. Çünki mən öz nəfsimə dəyər verirəm. Salam olsun hidayətə tabe olanlara! (“Kəşkül” (Şeyx Bəhai), 2-ci cild, səh.184, “Biharul-ənvar”, 1-ci cild, səh.224)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə