Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Fatimə (s.ə) Məqalələr Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü

Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü

 

Həzrəti Fatimeyi-Zəhra(s.ə)nın mübarək mövludu günü münasibəti ilə bütün müsəlmanları təbrik edirik

Həzrəti Məhəmməd (s) buyurur: Ey Fatimə! Hər kəs sənə salavat göndərsə ALLAH onu bağışlar və cənnətin harasında olsam belə onu mənimlə bərabər edər.

Xanım Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü Xanımlar bayramı kimi də qeyd edilir.

Fatimeyi-Zəhranın(s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

«Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır.

Kövsər"surəsində həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik»(Kövsər ayə 1)

Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qurani-kərim bütün digər ilahi kitabları hifz  edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir.

Həzrəti Məhəmməd (s) kövsərinin  bir nümunəsi Zəhradır (s). İlahi vilayətin  davamı onun vasitəsi ilə gerçəkləşmiş,İmam Əli və xanım Fatimənin pak ailəsinin davamı olaraq  on bir imam dünyaya gəlmiş, onların bərəkət və rəhməti aləmlərə nur saçmışdır. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir.

Allah bütün xeyr və dəyərləri "kövsər"də yerləşdirmişdir. Kövsər çoxlu xeyr mənasını daşıyır. Bu ifadənin  başqa bir  mənası da sankı budur: Ey mənim Həbibim! Mənim nəyim vardısa sənə əta etdim, hədiyyə verdim və bağışladım, onların hamısı Fatimədədir.

Kövsər, yənin mənim(yaradanın) insana verməyə nə varim idisə, hamısını bir yerdə topladım və Fatiməin (s) timsalında təzahür etdirdim.

Allah belə bir Kövsəri qadın timsalında yaradıb,təzahür etdirib. Qadınlar nə qədər fəxr etməli və öyünməlidirlər. Qadınlar öz dəyr və qiymətlərin bilməlidirlər, çünki Allah öz dərgahında olan  ən qiymətli bir varlığı- yəni Həzrəti Zəhranı öz həbibi, aləmlərin və məxluqların Əşrəfi olan Həzrtə Rəsulullaha (s) hədiyyə vermək və əta etmək istədikdə onu qadın şəkilində yaradır.

Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi».

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə