Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Getmirəm, sizin xidmətinizdə qalıram !

Şiə məqalələri

Getmirəm, sizin xidmətinizdə qalıram !

 Qiyamət günü Peyğəmbər (s) Allahın nuruna sarılar...
Məhəmməd ibn Vəlid Kermani deyir: İmam Cavada (ə) dedim: Sizə xidmətin mükafatı nədir? Həzrət buyurdu: “İmam Sadiqin (ə) bir qulamı vardı. Bu qulam imam məscidə daxil olanda onun dəvəsinin cilovunu tutardı. Bir gün dəvənin yanında əyləşmişdi. Xorasandan gələnlərdən biri ona dedi: “İmam Sadiqə (ə) deyə bilərsən ki, məni sənin yerinə qulam götürsün? Əvəzində bütün varımı sənə verərəm.” Qulam dedi: “Bu barədə imamdan soruşaram.” Qulam imamın yanına gəlib dedi: “Sənə fəda olum, sizə necə xidmət etdiyimi bilirsiniz. Əgər Allah mənə bir sərvət versə ona mane olarsınızmı? Bir şəxs dedi ki, varımı sənə verirəm, qulamlığını mənə ver.” İmam buyurdu: “Əgər bizə xidmət etmək həvəsin yoxsa və həmin şəxs bu işə şövq göstərirsə, qəbul edirəm.” Qulam imamın yanından ötəndə imam onu çağırıb buyurdu: “Uzun müddət xidmətinə görə sənə bir nəsihət verirəm. Qiyamət günü Peyğəmbər (s) Allahın nuruna sarılar. Əmirəlmöminin (ə) Peyğəmbərə (s), imamlar Əmirəlmömininə (ə), şiələr imamlara əl açar. Şiələrimiz bizim daxil olduğumuz yerə daxil olar.” Qulam dedi: “Yox, getmirəm. Sizin xidmətinizdə qalıramvə axirəti dünyadan üstün tuturam.”
Qulam həmin kişini görmək üçün bayıra çıxdı. Kişi ona dedi: “Daxil olanda halın başqa idi, indi isə başqa!” Qulam əhvalatı kişiyə danışdı və onu imam Sadiqin (ə) yanına apardı. İmam onun peymanını qəbul edib qulama min dinar verdi. Kişi imamdan dua istədi. (“Əl-xəraic vəl-cərai”, 1-388, bab 10; “Biharul-ənvar”, 50-87, bab 5, hədis 3)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə