Cm.ax12022021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Allah Təala Həzrət Fatimənin (s.ə) qəzəbinə görə qəzəblənər, o razılığına görə razı olar

Şiə məqalələri

Allah Təala Həzrət Fatimənin (s.ə) qəzəbinə görə qəzəblənər, o razılığına görə razı olar

Həzrət Zəhranın (s.ə) İmam Əlinin (ə) yanındakı məqamı və etibarı onun şəxsiyyətinin ucalığından xəbər verir. Ancaq onun kimi bir banu İmamın (ə) gözündə bu qədər ucala bilərdi. İmam Əli (ə) kimi bir şəxsiyyət öz həyat yoldaşı Həzrət Fatimə (s.ə) ilə iftixar edərdi. Məsələn, İmam Əli (ə) Müaviyyəyə (lən) yazdığı məktubda buyurur: “Dünyanın ən üstün qadını bizdəndir, cəhənnəmim odunu isə sizdəndir”.

İmam Əli (ə) Müaviyyənin (lən) yazdığı başqa bir məktuba belə cavab verir: “Peyğəmbərin (s) qızı mənim həyat yoldaşımdır. Onun əti mənim ətim və qanımla qarışmışdır. Həzrət Əhmədin (s) nəvələri – mənim Fatimədən (s.ə) olan övladlarımdır. Sizlərdən kimin mənim qədər payı və bəhrəsi vardır?”.

Səqifə mövzusunda İmam (ə) öz fəzilətlərini və kamallarını sayandan sonra iddia edənlərə belə buyurur: “Səni Allaha and verirəm! O kəs ki, Peyğəmbər (s) onu qızı üçün həyat yoldaşı seçmişdir və buyurmuşdur ki, Allah onu sənin həyat yoldaşın etmişdir, mənəm, yoxsa sən?”. O şəxs deyir: “Sənsən”.

İmam Əli (ə) məsum idi və bütün sözləri hüccət sayılır. Lakin buna baxmayaraq, sözlərini həmişə Xanım Zəhraya (s.ə) istinad verərdi. Bu, Xanımın (s.ə) ismətinin nişanəsidir. Onu göstərir ki, banunun hər sözü və rəftarı hüccət olmuşdur. Bu məsələdə qadınla kişi arasında fərq yoxdur.

İmam Əli (ə) Həzrət Zəhranın (s.ə) vəfatından sonra ona xitab edərək buyurmuşdu: “Kiminlə rahatlıq tapım, ey Muhəmmədin (s) qızı! Mən sənin vasitənlə təskinlik tapardım. Səndən sonra kiminlə hüzur tapım?”.

İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) dilindən buyurur: “Allah Təala Fatimənin (s.ə) qəzəbinə görə qəzəblənər, Fatimənin (s.ə) razı olmasına görə razı olar”.

Xanım Zəhra (s.ə) İmam Əliyə (ə) vəsiyyət edən zaman hər ikisi ağlayır və İmam (ə) onun mübarək başını sinəsinə sıxır və buyurur: “Hər nə istəyirsənsə, vəsiyyət et, əhdimə vəfa edəcəyəm və nə əmr etsən, yerinə yetirəcəyəm. Sənin əmrini öz nəzər və istəyimdən üstün bilərəm”.

İmam Əli (ə) həyat yoldaşını dəfn edəndən sonra Həzrət Peyğəmbərin (s) mübarək qəbrinə xitab edərək buyurur: “Allah belə istəmişdir ki, o, hamıdan tez Peyğəmbərə (s) qovuşsun. Ondan sonra mənim səbrim sona çatmışdır. Ancaq necə ki, sənin ayrılığında səbir etmişdim, qızının ölümünə də səbir etməkdən başqa çarəm yoxdur. Səbir etmək mənim üçün çətindir. Ondan sonra yer və göy nəzərimdə çirkin görünür. Heç bir zaman qəmli ürəyim açılmaz. Gözlərim yuxusuzdur, ürəyim qəmin yangısından yanar. O zamana qədər ki, Allah məni sənin ətrafında sakin edər. Zəhranın (s.ə) ölümü elə bir zərbə idi ki, ürəyi yorğun və qəmi davamlı etdi. Əgər zalımların qorxusu olmasaydı, həmişəlik burada qalardım. Bu böyük müsibət üçün övladı ölmüş ana kimi gözlərimdən yaş tökərdim”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə