Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri İmam Hüseyn(ə) əzasında nələrə diqqət olunmalıdır?

Şiə məqalələri

İmam Hüseyn(ə) əzasında nələrə diqqət olunmalıdır?

Şübhəsiz, İmam Hüseyn (ə) adı ilə bağlı olan əzadarlıq mərasimləri şiəliyin böyük əlamətlərindən biridir ki, tarix boyu şiəlik dəyərlərini qoruyub saxlaya, nəsilədn-nəslə ötürə bilmişdir. İmam Hüseyn (ə) rəvayətlərdə də deyildiyi kimi İslam həqiqətinin yaşaması amilidir. Başqa sözlə, nəql olunmuşdur ki, (Peyğəmbər (s) buyurmuşdur) "Hüseyn məndən, mən də Hüseyndənəm". Bu ibarənin izahı olaraq deyilir ki, Hüseyn (ə) Peyğəmbərin (s) nəvəsidir. Peyğəmbərin (s) ondan olması ifadəsi isə həqiqi İslamın təcəlla etdiyi Əhli-beyt (ə) məktəbinin İmam Hüseynlə (ə) yaşayacağına eyham vurur. Bu məktəbin yaşaması da həmin məclislər, matəm mərasimləri və İmam Hüseynə (ə) diqqət vasitəsilə gerçəkləşmiş və indi də gerçəkləşməkdədir. Amma bu məclisləri keçirməyin önəmi ilə yanaşı əslində bu, İmam Hüseyn (ə) məktəbi ilə, ümumilikdə din həqiqətləri ilə, xüsusi olaraq, imamətlə bağlı məsələlərlə daha çox tanış olmaq üçün bir fürsətdir. Amma nəzərdən qaçırmaq lazım deyil ki, bu mərasimlərin digər mədəni tərəfləri də İmam Hüseyn (ə) dəyərləri və ideyalarına uyğun olmalı, İslam meyarları ilə heç bir ziddiyyət təşkil etməməlidir. Bu növ mərasimlərdə diqqət olunması zəruri olan məsələlərdən biri haramlardan çəkinməkdir. İmam Hüseyn (ə) "yaxşılığa əmr və pisliyə qadağa" uğrunda şəhid oldu. "Yaxşılığa əmr" insanları yaxşı işlərə sövq etmək, "pisliyə qadağa" isə xalqı pisliklərdən çəkindirməkdir. Buna görə də İmam Hüseyn (ə) məclisləri elə olmalıdır ki, bu məclislər özləri "yaxşılığa əmr və pisliyə qadağa" prinsipinin bir nümunəsi olsun.

Bu növ məclislərdə həm iştirakçılar, həm təşkilatçılar, həm də natiqlər məsuliyyət daşıyırlar. Hamı İmam Hüseyn (ə) ideyalarını qorumağa məsuldur. Hər biri ayrı şəkildə, hər kəs öz mövqeyinə, yerinə uyğun məsuliyyət daşıyır. Bu növ məclislərdə din maarifindən danışan natiqlər bunu xalqa elə çatdırmalııdırlar ki, insanların dini bilgisi artsın. Bununla yanaşı onların dini həqiqətlərə inamı güclənsin. İslamda dini həqiqətlər dəyərlərə, rasional meyarlara əsaslanır. İslam ağıl dini, zəka dini, idrak və ziya dinidir. Cəhalət, xurafat və əfsanə dini yox. Buna görə də insanlara verilən məlumat düzgün islami məlumat olmalıdır. Əgər İslam yanlış şəkildə bəyan olunarsa, insanlara yanlış bilgilər verilərsə, bu özü bir növ "pisliy"i yaymağın nümunəsi və bir növ İmam Hüseyn (ə) ideyalarına zidd olacaq.

Əgər bu məclislər xurafatları yayarcasına, yanlış mətləblər təbliğ edərcəsinə təşkil olunarsa, insanların inamı sarsıyar, mütəfəkkir və ziyalı nəslimiz bu növ məclislərə etinasız yanaşar. Bu, İmam Hüseyn (ə) ideyaları və İslam dəyərləri ilə səsləşmir. İmam Hüseyn (ə) məclisləri din həqiqətləri məclisi, başqa sözlə, İmam Hüseyn (ə) eşqi ilə səciyyələnən din maarifi məclisləri olmalıdır. Əgər orada Kərbəla müsibətlərindən söhbət gedirsə, bu, tarixi baxımdan əsaslandırılmalı və İmam Hüseyn (ə) şəninə uyğun olmalıdır. Mütləq, tarixi həqiqətlər, İmam Hüseyn (ə), ailəsi və tərəfdaşlarının başına gələn müsibətlər uyğun dillə qeyd olunmalıdır. Hissləri bəyan etmək üçün ən gözəl nitq vasitəsi şeirdir. Amma bu, mütləq, tarixi sənədə əsaslanmalıdır. Yanlış mətləblər bəyan oluna bilməz. Hətta İslam maarifi ilə səsləşməyən mətləblər də İmam Hüseyn (ə) eşqi adı ilə deyilə bilməz. İslamda o eşq dəyərlidir ki, ağıla söykənsin. Bu eşq əslində din həqiqətini təcəlla etdirir. Onu iman qəlibində insanlara aşılayır. Yoxsa, dinə zidd bir mətləbi İmam Hüseyn (ə) eşqi, İmam Hüseynə (ə) iman adı ilə cəmiyyətdə yaymaq olmaz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə