Şn11162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Həsən (ə) Məqalələr İmam Həsən (ə)-ın təvəllüdü

İmam Həsən (ə)-ın təvəllüdü

Mübarək Ramazan ayının 15 İslam Peyğənbəri Muhəmməd İbn Əbdullahın (səlləllahu əleyhi və alih) nəslindən olan məsum övladı, İslam Aləminin ikinci İmamı, Həsən ibni Əli əl-Müctəbanın (əleyhis səlam) anadan olan günüdür.

İmam Həsənin (əleyhis səlam) həyatı barədə qısa məlumat.


İmam Həsən Müctəba hicrətin 3-cü ili Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.
Həsən babası Məhəmməd peyğəmbərin dövrünü çox görməmişdi. Çünki təxminən yeddi yaşında olarkən babası şəhadətə çatmışdır. Peyğəmbərdən (s) sonra təxminən otuz il atası Əli ilə birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında Müaviyyənin (Allahın Lənəti ona olsun) təhriki ilə xanımı tərəfindən zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır. Qardaşı İmam Hüseyn (əleyhis səlam) İmam Həsəni (əleyhi səlam) Məscidun Nəbiyyidə Peyğənbərin mübarək məzarının yanında torpağa basdırmaq istədikdə mömünlərin anası Aişə xanım üsyan edərək bu işə mane olmuş və hətta Aişənin adamları tərəfindən İmam Həsənin (əleyhis səlam) mübarək cənazəsinə onlarla ox ataraq cənazəni oxlamışlar.

Məzlumların köməkçisi
İslam dinində varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar.
İmam Həsən elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi,məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam Həsən onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi.
Süyuti öz kitabında yazır: "Həsən ibn Əli bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin,səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi."


İbrətamiz incəlik
İmam Həsən bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam Həsən bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam Həsən ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən kasıba çoxlu pul verərdi.


Elm və fəzilət ailəsi
Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: "Məni elə bir adamın yanına göndər ki, mənə bir az çox kömək etsin." Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən və Abdullah ibn Cəfərə tərəf işarə edib kişiyə dedi ki, orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən buyurdu: "Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?" Kişi cavab verdi ki, mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn da qırx doqquz dinar, daha sonra Abdullah ibn Cəfər qırx səkkiz dinar kişiyə verdilər.
Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: "Nə oldu?" Kişi cavab verdi ki,səndən pul istədim verdin, ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri olan Həsən istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: "Bu ailə elm, hikmət çeşməsi,fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən? "

Misilsiz bəxşiş
İmam Həsən bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-nemətinə olan etinasızlığını da göstərir. Tarixçilər yazırlar: "İmam Həsən Müctəba ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir."


Vasitəli köməklik
Həsənin şəxsiyyətinin böyük və ali olması bir nəfər imkansız şəxsin onun evindən əliboş geri qayıtmasına icazə vermirdi. İmamın birbaşa və bilavasitə kömək etməyə imkanı olmadıqda,vasitəli şəkildə imkansızların ehtiyacını ödəməyə çalışardı. O, müxtəlif yollarla tədbir görüb ehtiyacları ödəyər və müşkülatı həll edərdi.
Bir gün kasıb bir kişi Həsənın yanına gəlib ondan kömək istədi. İş elə gətirmişdi ki, həmin vaxt İmamın pulu yox idi. Digər tərəfdən də kasıb kişinin onun evindən əliboş geri qayıtması İmam Həsən utandırırdı. Buna görə İmam Həsən kişiyə buyurdu:
— Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan?
— Hara?
— Bu gün xəlifənin qızı rəhmətə getmişdir, xəlifə qızına əza saxlayır, hələ heç kəs ona gəlib başsağlığı verməmişdir. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan.
— Xəlifəyə necə başsağlığı verim?
— Xəlifənin yanına gedib belə de: "Əlhəmdu lillahilləzi sətərəha biculusikə əla qəbriha və la hətəkəha biculusiha əla qəbrik." Yəni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa, bu, atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin, ola bilərdi ki, onun həyası getsin.
Kasıb kişi İmam Həsənın dediyi kimi də etdi.
Məhəbbətlə dolu olan xəlifənin qəlbində böyük təsir göstərdi və onun kədərini, qəm-qüssəsini azaltdı. Xəlifə əmr etdi ki, kişiyə bəxşiş versinlər. Sonra xəlifə kişidən soruşdu: "Bu sözləri sən özündən dedin, yoxsa səni bir öyrədən var?" Kişi cavab verdi ki, xeyr, bunları mənə Həsən ibn Əli öyrətmişdir. Xəlifə dedi: "Doğru deyirsən, o, fəsahətli və şirin sözlər mənbəyidir."

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə