"Surə"lər haqqında qısa məlumat

Vaqiə surəsinin böyük faydası

Peyğəmbərin (s) böyük səhabələrindən sayılan Abdullah ibn Məsud xəstələnmişdi. Xəlifə Osman ibn Əfvan onun ziyarətinə getdi. Osman soruşdu: Nədən şikayətin var?
Abdullah ibn Məsud dedi: Günahlarımdan.
Soruşdu: Nə istəyirsən?
Dedi: Allahın rəhmətini.
Soruşdu: İcazə verirsənmi sənin üçün təbib gətirim?
Dedi: Təbib məni xəstələndirib.
Soruşdu: İcazə verirsənmi sənə hədiyyə təqdim edim?
Dedi: Ehtiyacım olan vaxt bunu əsirgədin. İndi ki, lazımım deyil verirsən?!
Osman dedi: Əgər özün istəmirsənsə, övladlarına bağışla, qoy onların vəziyyəti yaxşılaşsın.
İbn Məsud cavabında dedi: Mən onlara tapşırmışam ki, “Vaqiə” surəsini oxusunlar. Çünki Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: "Kim Vaqiə surəsini hər gecə oxusa, heç vaxt möhtac olmaz".

Qaynaq: “Təfsiri Məcməul-bəyan”, c. 9, səh. 270.