Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Alimlərin və Allah dostlarının əsas xüsusiyyətləri

Şiə məqalələri

Alimlərin və Allah dostlarının əsas xüsusiyyətləri

 

 Rəbbani alimlərin, böyük şəxsiyyətlərin və Allah dostlarının ən nəzərə çarpan xüsusiyyətləri, həyalarının və Allahdan utanmalarının çox olmasıdır. Əsrimizdə yaşayan alimlərdən bir nümunə göstərməli olsaq, onların önündə mərhum Əllamə Təbatəbayi (r) gəlir. Əllamə çox həyalı biri idi, qətiyyən heç kimin gözünün içinə uzun-uzandı baxmazdı. Özü də belə deyərdi: "Ustadım Mərhum Şeyx Məhəmməd Hüseyn Kompani (r) o qədər həyalı bir şəxs idi ki, dərs verdiyi zaman şagirdlərinin gözlərinə belə baxmırdı."
Digər gördüyümüz alimlər də eynilə bu xüsusiyyətə sahib idilər. Hədisə görə axirət əhli utancaq və çox həyalı olarlar, həmişə, "Birdən başqasının haqqını tapdalayaram və ya kiminsə qəlbin qıraram"  qayğısındadırlar. Onlar Allahın qarşısında həmişə başıaşağı və və utancaqdırlar.
Axirət əhli, həmişə Allahın qarşısında xəcalətlidirlər. Kimisə incitməmək, haqqına girməmək və hörmətsizlik etməmək üçün həmişə təmkinlidirlər. Dünya əhlində isə bunlar tərsinə baş verir. Ürəkləri istədiyini heç kimdən çəkinmədən edirlər, nə Allahdan qorxurlar və nə də bəndədən utanarlar.
 
1-2. Çöhrəsi zəif və həyası çox olar: Allaha tərəf gedən və özünü dünyadan xilas edib axirəti üçün çalışanlar həyalıdırlar. Çünki həyasız, utanmayan şəxslər çox çirkin əməllər edərlər.
Dünya əhli dini mədəniyyətdəki pis və bəyənilməyən işləri heç əhəmiyyətli hesab etmədən dəfələrlə etdikləri üçün zamanla həyasızlaşarlar, amma axirət əhli pis işlər etməməyə diqqət göstərdiklərindən fitrətlərində olan utanmağı da itirməzlər.
 
3.  Ağılsız deyillər: Axirət əhlinin üçüncü xüsusiyyəti isə ağıllı davranışlarıdır. Onlar bütün işlərini əvvəlcədən planlaşdıraraq edərlər.
 
4. Faydaları çoxdur: Cəmiyyətə, insanlığa və başqalarına faydaları çoxdur.
 
5. İnsanlar onların əlindən rahatdırlar: Başqaları onlardan amandadırlar, heç kim onlardan ziyan görməz, amma özləri çox zaman çətinlikdə olarlar. Heç kimi narahat etməmək və başqalarının haqqını tapdalamamaq üçün həmişə özlərinə diqqət yetirərlər.
Ayətullah Mirzə Məhəmməd Təqi Şirazi - (İraqın Samirra şəhərinin məşhur mərceyi-təqlidlərdən olub. Fiqh sahəsində çox az rastlanan incə düşüncəyə sahib idi, İngilislərə qarşı verilən cihad fətvasıyla məşhurdur.)  haqqında belə bir hadisə danışırlar. Şagirdlərindən biri deyir: "Bir gün günəşin batmasına az qalmış evdən çıxdım. Birdən Mirzə Məhəmməd Təqi Şirazinin evimin qarşısında gəzərkən gördüm, salam verdikdən sonra, “kimisə gözləyirsiniz”, - deyə sual etdim. O da, “sizi gözləyirdim” dedi. Mən, “kaş ki, qapını döyüb, içəri gəlsəydiniz”, - dedim. Buyurdu: “Ümumiyyətlə, bu saatda evdən çölə çıxdığınızı bildiyim üçün narahat etmək istəmədim, yaxşısı sizi gözləyim dedim.” Mən nə üçün gəldiyini soruşduqda, o da, “aylığınızı gətirmişdim”, - dedi."
Maraqlıdır deyilmi? O qədər böyük bir Ayətullah şagirdinin aylığını almaqda vaxt itirməsin deyə, özü onun evinə qədər gətirir, bundan əlavə, narahat etməmək üçün qapını döymür, onun çölə çıxmasını gözləyir.
Axirət əhli nəfslərini hesaba çəkər və onu danlayarlar. Gözləri yatar, amma ürəkləri yatmaz. Gözləri ağlar, ürəkləri zikr edər.
 
6. Düşünülmüş danışarlar: Allahın axirət əhli üçün buyurduğu sifətlərdən yeddincisi də, onların düşünərək danışmalarıdır. Bir şeyi deməmişdən əvvəl, o sözün ziyanını və faydasını düşünərlər, ilahi razılıq və başqalarının ziaynına olub-olmadığını hesablayarlar, ondan sonra danışarlar. Danışdıqları zaman da, qarşı tərəfin anlamayacağı şəkildə üstü örtülü, yaxud dinləyicinin yorulacağı şəkildə eyni şeyləri təkrarlamazlar. Qısa və aydın şəkildə danışarlar.
 
7. Mühasibə edərlər:  Hər gün etdikləri işlərin müsbət və ya mənfi tərələrini nəzərdən keçirib, nəfslərini hesaba çəkərlər. Rəvayətlərdə möminlərin hər axşam özlərini hesaba çəkib, günlərini necə keçirdiklərini düşünmələri tapşırılıb. Bir-birinə nəzarət edən iki şərik kimi, nəfs də nəzarət edilməlidir. Biri ilə bir işə ortaq sərmayə qoymusunuzsa, hər gün ortağınıza nəzarət edər, qoyduğunuz sərmayə ilə nə qədər qazanc əldə edib, nə qədər ziyan etdiyinizi yoxlayarsınız. Eyni şəkildə ömür sərmayənizlə ortaq olan nəfsinizi də hər axşam hesaba çəkin. Özünüzə, "ömrümü harada xərclədin" - deyə sual edin.  Həzrət Məhəmməd (s) buyurub: “Sabah sizi hesaba çəkmədən əvvəl, siz öz nəfsinizi hesaba çəkin.”
 
8. Özlərini həmişə danlayarlar: Axirət əhli olanlar, özlərini və nəfslərini həmişə danlayarlar. Özünü mükəmməl zənn edən, eqoist deyillər. Nəfslərində olan qüsurlara görə, həmişə özlərinə diqqət edərlər.
 
9. Gözləri yatsa da qəlbləri yatmaz: İnsan bir şeyə çox əhəmiyyət verib, onunla maraqlanarsa, bu maraq onun oyaq vaxtından əlavə, yuxusuna da gələr. Çünki nəfs bütün diqqətini ona yönəltmişdir. Öyrənməyi çox sevən və həmişə nə isə öyrənməyə çalışanlar, yatarkən belə yuxularında nə isə oxuyurlar. Hətta bəzi böyük alimlərimiz çox çətin olan və həll edə bilmədikləri elmi mövzuları yuxuda həll ediblər.
Axirət əhli olan şəxslər gün ərzində Allahı düşündükləri və axirət üçün çalışdıqlarına görə, yuxuda da Allahdan qafil olmazlar. Yatarkən belə, diqqətləri aləmlərin rəbbinədir. Axirət əhli Allahı ürəkdən sevirlər buna görə də gözləri yuxuya getsə də, qəlbləri həmişə Allahladır.
 
10. Hər an Allahı xatırlayarlar: Gözləri ağlar və ürəkləri həmişə Allahı zikr edərlər. Allah belə buyurur: “Amma ki, öz Rəbbinin məqamından, Onun hüzurundan durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa. Şübhəsiz, onun yeri cənnətdir. (“Naziat” surəsi, ayə 40-41)”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə