Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Insanı həlak edən yeddi növ günah

Öyüd-Nəsihət-Rəvayət

Insanı həlak edən yeddi növ günah

Günahlar insanın mənəvi qəlbini (ruhunu) qaraldır və onun dünyaya bağlılığına birbaşa təsir göstərir.
Təbii ki, günahlar çoxdur və hər bir günahın özünə məxsus insan ruhuna təsirsiz olmayan mənfi enerjisi var. Əxlaq alimləri quran ayələri və hədislərə əsaslanaraq, ümumi şəkildə günahları “böyük və kiçik günahlar” olaraq iki hissəyə bölüblər. Hədislərin bəzilərində bu böyük günahların bəziləri bir cümlə içərisində qeyd olunub və məsumlar (ə) bu hədislərdə bizə tövsiyə ediblər ki, çalışdığımız qədər həmin günahlardan uzaq olaq. Məsumların (ə) həmin günahları bir arada gətirməklərinin yəqin ki, bir dərin mənası, fəlsəfəsi vardır. Ona görə də çalışmaq lazımdır ki, ən azından Məsum (ə) tərəfindən açıq şəkildə qeyd olunan günahlardan uzaq olaq. Həmin hədislərdən biri, islam peyğəmbərinin (s) buyurduğu cümlədir.

Həzrət Muhəmməd (s) buyurur: Yeddi növ günah var ki, insanı həlak edər. Çalışın bu günahlardan uzaq olun. (Bu yeddi günah aşağıdakılardan ibarətdir):

Allaha şərik qoşmaq, Sehr va cadugərliklə məşğul olmaq, Qətl törətmək, Sələm puldan istifadə etmək,Yetimin malını mənimsəmək,Cihad və müharibədən qaçmaq, Pak və ismətli xanımlara töhmət atmaq.

Allah-taala hər birimizi günahlardan uzaq olmağa müvəffəq etsin.

"İman" sayt: (iman.ge)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə