Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN

BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN

İmam Kazim (əleyhissalam) buyurur: Əmr ibni Übeyd İmam Sadiq (əleyhissalamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu: «Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?
O dedi: Quranda bu günahların sayını bilmək istəyirəm.
İmam buyurdu: Bəli, ey Əmr (eşit):
1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur: «Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.» (“Nisa”, 72.)
2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:
Necə ki, Allah-təala buyurmuşdur:
«Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.» (“Yusif”, 78)
3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-təala Quranda buyurur:
«Yalnız ziyana uğrayanlar, Allahın məkrindən amanda qalacaqlarına inanarlar». (“Əraf”, 99.)
4. Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah-təala ata-anasına əziyyət verən şəxsi güclü, lakin bədbəxt bir insan kimi tanıtdırır.
5. Adam öldürmək; (İstisna olunmuş hallardan başqa). Allah-təala buyurur: «Hər kəs bir mömini qəsdən öldürsə, cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək, lənətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır.» (“Nisa”, 93.)
6. İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah-təala buyurur:
«Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr, dünyada və axirətdə lənətə gəlmişlər». (“Nur”, 23.)
7. Yetimlərin malını yemək: Quranda belə şəxslərin haqqında oxuyuruq: «Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar». (“Nisa, 10.)
8. Cihad (din yolunda müharibə) cəbhəsindən qaçmaq. Belə ki, Allah-təala buyurur: «Bir tərəfə çəkilib təkrar döyüşmək, yaxud (başqa bir) dəstəyə qoşulmaq məqsədilə yox, sadəcə qorxudan geriyə çəkilənlər (cəbhədən qaçanlar) Allahın qəzəbinə tutularlar. Cəhənnəmdir onların yerləri və ora necə də pis yerdir!» (“Ənfal”, 16.)
9. Faiz yemək. (sələmçi olmaq) Bu barədə Allah-təala buyurur:
«Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar». (“Bəqərə”, 277.)
10. Sehr və cadu etmək. Quranda sehr haqqında belə oxuyuruq:
«Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə Qiyamət günü heç bir mənfəət çatmayacaq.» (“Bəqərə”, 102.)
11. Zina. Belə ki, Allah-təala buyurmuşdur: «Hər kəs bunu (zinanı) etsə, o, günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar». (“Furqan”, 68-69.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə