Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ – ƏXLAQİ TƏKAMÜL (1)

Ədəbi yazılar

İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ – ƏXLAQİ TƏKAMÜL (1)

 

İslam təlimlərində vəhdət və birlik ideyası onun əsasını təşkil edən yalnız “tövhid” prinsipindən qaynaqlanmır. Bunu biz bütün peyğəmbərlərin və səmavi kitabların çağırışında müşahidə edə bilərik. Məsələn, İslamın qanun və hökmlərindəki obyektivlik və onun müraciətlərindəki qeyd-şərtsiz insan obrazı tamamilə bəhsimizə aydınlıq gətirir. Hətta ibadətlərdəki formulu araşdıranda görürük ki, onlar yalnız insanı oyadır, təfəkkürə çağırır. Onun inzibat və tərbiyəsində, sadəliyə sövqü və nəfsi istəklərini cilovlamasında mühüm rol oynayır. Demək, İslamın ibadətlər bölümü də vahid məqsədə qulluq edir və onların bir dildə (ərəbcə) yerinə yetirilməsi də vəhdət və birliyin nişanəsidir. (Ərəb dilinin vəhy üçün seçilməsi onun inkişafı, potensiallığı və s. səbəbləri ola bilər.)

İslamda birliyi nümayiş etdirən nümunələr çoxdur. Bunu biz camaatla birgə yerinə yetirilən ibadətlərdə, o cümlədən, onun ən ali formasını “həcc” mövsümü zamanı müşahidə edə bilərik. Cismən və ruhən bir-birindən minlərlə fərsəx fasiləsi olan müxtəlif millətlərin nümayəndələri bir məkana yığışıb, düşüncə və şüarlarında vəhdət təşkil edirlər. Yaradılış aləminə hakim kəsilən yeganə nizamın simasında cilvələnən bu izdihamın xüsusi şövkət və əzəməti vardır. Həqiqətdə, İslam ruhən varlıq və yaradılış aləmi ilə həmahəngdir. Əgər fərz olaraq bir anlıq səmadan camaat namazlarının sıralarına nəzər salınsa, onların bir-birini əhatə edən dairələrini bir mərkəzə yönəlmiş surətdə, kamil vəhdətin nişanəsi kimi müşahidə edəcəyik. Hətta İslam bir sıra ölçüləri belə mümkün qədər – hər hansı tayfa və irqə mənsub olmayan təbii parametrlərdən almış, “addım”, “qarış”, “ovucun içi” kimi hamının qavradığı terminlərlə üstünlük verilmişdir.

Amma mövzu ilə bağlı əsas məsələ cəmiyyətdə əxlaqın inkişafı, əxlaqi normalara riayətdir və onsuz heç bir cəmiyyət rahatlıq üzü görə bilməz. Bütün dünyanı əhatə edən böyükmiqyaslı icmanın təşkili üçün fikri-ideoloji inkişaf zəruri olduğu kimi, əxlaqi inkişafa da ehtiyac var. Əxlaqi inkişafsız heç kəs digərinin bütün fikir və rəftarları ilə həmişə razılaşa və çox vaxt qarşıya çıxan müxtəlif fikir ayrılıqlarını layiqincə həll edə bilməz. Bu qismin əhəmiyyəti peyğəmbərlərin təlimlərinə ehtiyacı bir daha artırır.

İslam insanda ictimai əxlaqın formalaşması, kütləvi həyata hazırlığı üçün əsaslı təlim və proqramlar nəzərdə tutur ki, aşağıda onların bir hissəsini qeyd edəcəyik. Məsələn, "لَو عَلِمَ الناسُ كَيْفَ خَلَقَ اللهُ هذا الخَلْقَ لَمْ يَلُمْ اَحَدٌ اَحَداً" (Əgər insanlar Allahın bu məxluqu necə yaratdığını bilsəydilər, heç kim digərini pisləməzdi!) və"اَلناسُ مَعادِنٌ كَمَعادِنِ الذّهَبِ وَالْفِضَّةِ" (İnsanlar qızıl-gümüş mədənləri kimidir!) – məşhur hədisləri xilqətdə olan fərqlərə, onların cismani və ruhi müxtəlifliklərinə toxunur. (Birinci hədisin mənbəsi: “Biharul-ənvar”, c.70, səh.143, hədis: 7. İkinci hədisin mənbəsi: “Kafi” c.8, səh.177.)

İnsanların ruhi-psixoloji, milli-irqi və dünyagörüşlərindəki hədsiz fərqlər düzgün qavranıldıqda, onların rəftarlarındakı bir çox zahiri problemlər, ictimai təzadlar aradan qalxacaqdır. Məsələn, çox vaxt valideynlər uşağın (bir qabı sındırması, yaxud geyimlərini çirkləndirməsi kimi) təbii işinə görə bərk narahat olur, bəzən onu ağır cəzalarla tənbeh edərək, hətta döyürlər. Halbuki belə işlərə görə, nə əsəbiləşmək, nə də uşağı danlayıb-döymək lazımdır.

Adətən, uşaqların qabların əhəmiyyəti, onların yerə düşdükdə sınıb-sınmama ehtimalı haqda kifayət qədər məlumatı olmur, yaxud bütün bunları bildiyi təqdirdə, onlarda tam psixoloji hazırlıq hələ yaranmayıb, yaxud da acizlikləri ucbatından baş verir.

Əgər biz özümüz də hal-hazırda onları qoruyub-saxlayırıqsa, uşaqlıq çağlarımızdakı sınaq və təcrübələrimiz sayəsindədir. Çünki uşaqlıq çağları başdan-başa sınaq və insanın ətraf mühitlə tanışlığı üçün ən gözəl dövrdür. Belə ki, əgər özümüzü uşağın yerinə qoysaq, onun bizim nəzərimizə böyük günah və xəta görünən işləri nə günahdır, nə də xəta! Bu təcrübəni böyüklər üzərində də apara bilərik. Məsələn, çox vaxt dostlar bir sıra bəyənilməz adətlərinə görə dostluqlarını qırmağa məcbur olurlar. Lakin onların hər biri digərinin əhval-ruhiyyəsindən, yaşadığı və tərbiyə gördüyü mühitdən xəbərdar olsaydı, ondakı nöqsanları təbii qarşılayardı. Yaxud qonşunun ucadan danışığı bizi narahat edir və onun səviyyəsi, hansı mühitdə böyüyüb yaşa dolması və tərbiyəsini nəzərə aldıqda, elə də müqəssir görünməyəcək. Yəni xəta və səhvlərini həddən artıq böyütməyəcəyik. Amma burada səhvə yol verilməsin. Biz bununla (“cəbrilər” kimi) hər kəsin əməllərində xətasız olduğunu demək və hər şeyi qeyri-ixtiyari və xarici amillərin üstünə atmaq və ya tərbiyənin zəruriliyini inkar etmək istəmirik. Bu o demək deyil ki, insanlar özbaşına olub, istədikləri kimi rəftar edə bilərlər. Əksinə, insan belə halları nəzərə almaqla yaranan ixtilaf və etirazların həlli üçün hazırlıq tapır, ətrafında baş verənləri asanlıqla qarşılayır. Təəssüf ki, insanlar kiçik fikirayrılığı nəticəsində bəzən bir-birindən küsür, çox sadə anlaşılmazlıqları həll edə bilmirlər. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.134-137.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə