Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Əxlaq hədisləri

Əxlaq hədisləri


Camaatla mehriban davranmaq
Allahın Peyğəmbəri (s):«Rəbbim mənə vacibləri yerinə yetirməyə fərman verdiyi kimi, xalq ilə mehriban rəftar etməyimi də əmr edib.»
Allahın Peyğəmbəri (s): «Xalqa mehribanlıq göstərmək imanın, onlarla yumşaq və xoşluqla rəftar etmək isə həyatın yarısıdır.»
Allahın Peyğəmbəri (s): «Kimdə üç şey olmasa onun heç bir əməli kamil olmaz. Bu onu Allaha itaətsizlikdən çəkindirən pəhrizkarlığ və mənəvi paklıq, insanlarla mehriban davranmağına səbəb olan gözəl əxlaq və xoş xasiyyət, onunla cahil adamların nalayiq rəftarını özündən uzaqlaşdırdığı dözüm və helmdir.»
İmam Əli (ə): «Əqlin meyvəsi insanlarla mehriban davranmaqdır.»
İmam Əli (ə): «Dinin və dünyanın salamatlığı xalqla mehriban olmaqdır.»
İmam Əli (ə): «Öz düşmənləri ilə mehriban davranan kəs, müharibələrdən amanda olar.»
İmam Əli (ə): «Əgər xoşluqla rəftar etmək bir kəsi islah etmirsə, ağır cəza vermək onu düzəldər.»
İmam Əli (ə) öz səhabələrini məzəmmət edərkən: «Nə vaxta qədər sizinlə kürəyində yara olan cavan dəvələr və köhnəlmiş paltarlarla davranılan kimi ehtiyatla rəftar edəcəm?! Bir tərəfdən tikiləndə, o biri tərəfdən sökülən paltarlar kimi... Mən bilirəm, sizi nə islah edər, sizin əyriliyinizi və azğınlığınızı nə düzəldər. Amma mən sizin islah olunmanızı, özümü xarab etmək bahasına başa gəlməsini rəva bilmirəm.»
ƏTİR
Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.»
Allahın Peyğəmbəri (s): «Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.»
Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.»
İmam Əli(ə): «Xoş ətir müalicə edəndir.»
İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sünnələrindəndir.»
İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.»
İmam Sadiq(ə): «Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.»
İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.»
İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.»
İMAN
Quran:
«Bədəvi ərəblər dedilər:«Biz iman gətirdik.» De:«Siz iman gətirmədiniz. Ancaq İslamı qəbul etdik deyin. İman hələ ki, sizin qəlblərinizə daxil olmamışdır.»
İmam Baqir (ə):«İman iqrar və əməl etməkdir, İslam isə əməlsiz iqrar etməkdir.»
İmam Sadiq (ə):«İman qəlblərdə yerləşir. İslam isə nigah, irs və qanın qorunmasının bağlı olduğu şeydir.»
İmanın həqiqəti
Allahın Peyğəmbəri (s):«İman iddia və arzu ilə deyildir. O, qəlbdə xalis olan və əməlin təsdiqlədiyi şeydir.»
Allahın Peyğəmbəri (s):«İman qəlb ilə tanımaq, dil ilə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdir.»
Allahın Peyğəmbəri (s):«İman səbr və güzəştdir.»
Allahın Peyğəmbəri (s):«Hər bir şeyin həqiqəti var. Heç bir bəndə ona çatan şeyin çatmamasının qeyri-mümkünlüyünü, həmçinin ona çatmayan şeyin çatmasının qeyri-mümkünlüyünü bilməyincə həqiqətə çatmaz.»
Allahın Peyğəmbəri (s):«Bəndə Allaha görə qəzəblənib Allaha görə sevinməyincə imanın həqiqətinə çatmaz. Belə olan zaman o imanın həqiqətinə layiq olub.»
Allahın Peyğəmbəri (s):«Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəməyincə mömin deyil.»
İmam Əli (ə):«İman əməli (Allaha görə) saflaşdırmaqdır.»
İmam Əli (ə):«İman çətinlik və giriftarçılıq zamanı səbrlilik, rahatlıq və nemət içində olan zaman isə şükr etməkdir.»
İFFƏT
Quran:
«Evlənməyə qüvvəsi olmayanlar, Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətli olsunlar.»
«O qədər iffətlidirlər ki, kimsə hallarından xəbərdar olmasa onların qüdrətli olduğunu sanar.»
Peyğəmbər (s): «Allah həyalı və mətanətli insanı sevər və həyasız, inadkar dilənçiyə nifrət edər.»
İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olan kimsənin əcri, günah etməyə qadir olsa da, iffətli olanın əcrindən çox deyil. Pak, iffətli insan Allahın mələklərindən olmağa yaxındır.»
İmam Əli (ə): «İffət hər yaxşılığın başıdır.»
İmam Əli (ə): «İffət ən yüksək alicənablıqdır.»
İmam Əli (ə): «İffət nəfsi qoruyur və onu alçaqlıqdan uzaq sax-layır.»
İmam Əli (ə): «Gözəlliyin zəkatı iffətli olmaqdır.»
İmam Sadiq (ə): «Camaatın arvadlarına qarşı iffətli olun ki, sizin arvadlarınıza qarşı da iffətli olsunlar.»
İmam Əli (ə): «İffrətin kökü qənaətdir, meyvəsi isə qəm-qüssənin azalması.»
İmam Əli (ə): «Kişinin dəyəri və əndazəsi onun zəhmətinin əndazəsiylədir....Onun paklığı isə qeyrəti qədərdir.»
TANIMAQ
Tanımağın dəyəri.
Allahın Peyğəmbəri (s): «Sizlərin ən imanlısı, ən çox tanıyanlarınızdır.»
İmam Əli (ə): «Elm ilk yol göstərən, (Allah-taalanı) tanıma isə onun son nöqtəsidir.»
İmam Əli (ə): «Tanımaq qəlbin işığıdır.»
İmam Hüseyn (ə): «Bilik qazanmaq tanımağı daha da bərəkətli edər»
İmam Sadiq (ə): «Allah bilmədən, qavrayışsız heç bir əməli və heç bir əməllə müşaiyət olunmayan qavrayışı qəbul etməz. Kim qavrayışa nail olsa, bu tanıma onu əmələ doğru istiqamətləndirər. Əməli olmayanın qavrayışı da yoxdur.»
Tanımanın yolundakı maneələr.
Quran:
«Nəfsini özünə Tanrı edənlər və biliyinə baxmayaraq Allahın yoldan çıxardığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allah onu doğru yola yönəltməsə, Ondan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb öyüd almırsınız?»
Allahın Peyğəmbəri (s): «Aclıq hikmət nurudur, toxluq isə Allahdan və imkansızları sevib onlara yaxınlaşmaqdan, Allaha yaxın olmaqdan uzaq düşməyin səbəbidir. Qarınlarınızı doldurmayın ki, qəlbinizdə tanıma nuru sönməsin»
Özünütanımaq
İmam Əli(ə): Özünüdərk ən faydalı tanımadır.»
İmam Əli(ə): «Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni qazanmışdır.»
HALAL
Quran:
«Səndən hansı şeylərin halal olduğunu soruşurlar. De ki, sizə pak şeylər halal olunmuşdur.»
«Ey insanlar! Yer üzündə halal və pak olan şeylərdən yeyin və şeytanın ardınca getməyin. O, sizin açıq-aşkar düşməninizdir.»
İmam Əli (ə):«Sənə halaldan istifadə etməyi, ailənə yaxşılıq etməyi və bütün hallarda Allahı yad etməyi tövsiyə edirəm.»
Halal malı əldə etməyin çətinliyi
İmam Sadiq (ə):«Qılınc vurmaq halal mal əldə etməkdən asandır.»
Möminin öz razılığı olmadan onun malından istifadə etmək halal deyil
Allahın Peyğəmbəri (s) :«Heç kəsə, qardaşının razılığı olmadan onun malından heç nə halal deyil.»
AQİBƏT
Allahın Peyğəmbəri (s):«Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və ölüm mələyi qarşısında zahir olan anadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur.»
Allahın Peyğəmbəri (s):«Bəzən insan uzun müddət Cənnət əhlinin işini yerinə yetirir, amma axırı Cəhənnəm əhlinin aqibəti olur.»
Allahın Peyğəmbəri (s):«Kimsənin işinin aqibəti sizə məlum olmayınca, ondan (yaxşı əməllərindən) heyrətə gəlməyin. Çünki insan ömrünün böyük hissəsini, ya bir müddətini yaxşı işlər görməklə keçirir və bu halda dünyadan köçərsə Cənnətə getmiş olar. Ancaq, (görürsən) insan birdən dəyişir və nalayiq işlər görməyə başlayır.»
Yaxşı sonluğun səbəbləri
İmam Əli (ə):«Allah-taalanın səni pis aqibətdən qorumasını istəyirsənsə, bil ki, sənə yetişən hər xeyir Allahın lütfündən və uğurundandır. Sənə yetişən hər pisliyə görə isə (bil ki,) Allah sənə möhlət və fürsət vermişdir. Onun sənə qarşı olan səbr və güzəştindən qorx.»
İmam Sadiq (ə) bir nəfərə xitabən: «Əgər əməlinin xeyirli sonluqla başa çatmasını və ölüm anında ən yaxşı əməllərinlə dünyadan köçməyini istəyirsənsə, Allahın haqqını qoru. Belə ki, Onun verdiyi nemətləri günah yolda xərcləmə, sənə qarşı göstərdiyi səbrə görə qürurlanıb, qafil olma. Bizi (Əhli-Beyti) yaxşı sözlərlə yad edən, ya bizim məhəbbətimizdən danışan bir kəs görəndə, ona hörmət et.»
YUMŞAQLIQ
Quran:
«İstərdilər ki, sən onlara qarşı yumşaqlıq göstərəsən ki, onlar da sənə qarşı yumşaqlıq göstərsinlər».
İmam Əli (ə): «Sənin ən pis (din) qardaşın, sənin nəfsin (nöqsanların) barədə yumşaqlıq göstərən və sənin eyblərini sənə deməyən kəsdir.»
İmam Əli (ə): «Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş səhlənkarlığa tərəf çəkər.»
İmam Baqir (ə): «Allah-taala Şueyb peyğəmbərə (ə) vəhy etdi:Mən sənin xalqından yüz min nəfərə əzab verəcəm, onların qırx min nəfəri pis əməl sahibi, altmış min nəfəri isə yaxşı əməl sahibidir. Şueyb (ə) ərz etdi: Ey Rəbbim! Pis əməl sahibləri buna layiqdir, bəs yaxşı əməl sahibləri niyə? Allah-taala ona vəhy etdi ki, onlar günahkarlarla yumşaq rəftar etdilər. Mənim qəzəbimə xatir qəzəblənmədilər.»[618]
Haqqda yumşaqlıq göstərməmək.
İmam Əli (ə): «Haqla üzbəüz gələndə və haqq olduğunu biləndə onun barəsində səhlənkarlıq etməyin. Yoxsa, çox böyük ziyan görərsiniz.»
İmam Əli (ə): «Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm.»
HƏYA
İmam Əli (ə):«Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir.»
İmam Əli (ə):«Həya bütün yaxşılıqların açarıdır.»
İmam Əli (ə):«İnsanların ən ağıllısı onların ən həyalısıdır.»
İmam Əli (ə) :«Həya pisliyə mane olar.»
İmam Əli (ə):«Həya iffətliliyin səbəbidir.»
Həya və iman
Allahın Peyğəmbəri (s):«Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır.»
İmam Sadiq (ə) :«Həyası olmayanın imanı yoxdur.»
Həyanın qınanıldığı hallar
Allahın Peyğəmbəri (s):«Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik.»
İmam Əli (ə):«Utancaqlıq məhrumiyyətə yaxındır.»
İmam Əli (ə):«Utancaqlıq ruzinin yolunda maneədir.»
İmam Əli (ə):«Kim haqqı deməyə utanırsa axmaqdır.»
Həyasızlığın nəticəsi
Allahın Peyğəmbəri (s):«Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb:Həyan olmasa, istədiyin hər işi et.»
İmam Əli (ə):«Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz.»
Allahın Peyğəmbəri (s):«Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar.»
Allahın Peyğəmbəri (s):«Hər biriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz.»
İmam Kazim (ə):«Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.»
Həyanın zirvəsi
İmam Əli (ə):«Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.»
AND İÇMƏK
Pak və müqəddəs Allaha and içməyin qadağan olunması
Quran:
«Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir.»
İmam Sadiq (ə):«Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-taala buyurmuşdur:«Allahı öz andlarınıza vasitə etməyin.»
Yalan and içmədən çəkinmək
«Səvabul-əmal» kitabından:«Allah-taala buyurmuşdur:«Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm.»
Allahın Peyğəmbəri(s):«Yalandan and içməkdən çəkinin. Çünki bu iş evləri sakinsiz qoyar.»
İmam Sadiq (ə):«Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır.»
İmam Sadiq (ə):«Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər.»
Zalıma and içdirməyin yolu
İmam Əli (ə) :«Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz. Çünki Allah-taalanı vahidliyi ilə mədh etmişdir.»
YUXU
Yuxu müjdəsi
Allahın Peyğəmbəri (s) «Onlara müjdə var» ayəsi barədə: «O müjdə, möminin gördüyü yaxşı yuxudur. Onun vasitəsilə dünyada möminə müjdə verilər.»
Allahın Peyğəmbəri (s):«Müjdə verənlərdən başqa nübüvvətdən bir şey qalmamışdır.»Soruşdular:«Mücdə verənlər nədir?» Buyurdu:«Doğru yuxu.»
İmam Rza (ə):«Sübh açılanda Allahın Peyğəmbəri (s) öz səhabələrinə deyərdi:«Bir kəsdə mücdə verən varmı?» Bunu dedikdə Həzrətin məqsədi yuxu idi.»
Yuxunun növləri
İmam Baqir (ə):«Bəndələr yuxuya gedən zaman ruhları səmaya qalxar. Beləliklə, ruhun səmada gördükləri nə varsa həqiqətdir, fəzada gördükləri isə pərişan edən yuxulardır.»
İmam Sadiq (ə):«Yuxu üç növdür: möminə Allah tərəfindən verilən müjdə, şeytanın vəsvəsə etdiyi qorxu və pərişan (nigaran) edən yuxular.»
Yuxunu yozmaq və danışmaq
Allahın Peyğəmbəri (s):«Sizlərdən kim yaxşı yuxu görsə, onu yozsun və başqalarına danışsın. Əgər pis yuxu görsə, onu yozmasın və heç kəsə söyləməsin.»
Allahın Peyğəmbəri (s):«Yuxunu paxıllıq və təcavüzdən pak olan mömindən başqa, bir kimsəyə danışmaq olmaz.»
Tənbəllik
İmam Əli (ə): «Uğurun afəti tənbəllikdir.»
İmam Əli (ə): «Mömin qalası olanlara rəğbət göstərər, gedəsi şeylərdən isə üz döndərər. Tənbəllikdən uzaq, həmişə canlı və çalışqandır.»
İmam Əli (ə): «Tənbəllik axirəti puç edər.»
İmam Əli (ə): «Kim süstlüyə tabe olsa, haqqını puç edər.»
İmam Əli (ə): «Tənbəllik süstlükdən törəyər.»
İmam Əli (ə): «Əzm və iradə ilə süstlüyə qarşı mübarizəyə çıxın.»
İmam Əli (ə): «İşi gecikdirmək tənbəlliyin nişanəsidir.»
İmam Baqir (ə): «Tənbəllik dinə və dünyaya ziyan vurar.»
İmam Baqir (ə): «Mən dünya işlərində tənbəllik edənə və ya edənlərə nifrət edirəm. Dünyasının işlərində tənbəl olan, axirət işlərində ondan da tənbəl olar.»
İmam Sadiq (ə): «İşin düşməni tənbəllikdir.»
İmam Sadiq (ə) (Öz övladlarından birinə):–«Tənbəllikdən və hövsələsizlikdən çəkin. Çünki bu iki sifət səni dünya və axirətdən bəhrəsiz qoyar.»
Qüdrətli olmaq
Qüdrətli olmaq və itaətsizlik
Quran:
«Xeyr, insan azğınlıq edər. Özünün dövlətli olduğunu gördüyü üçün.»
Allahın Peyğəmbəri (s): «Şeytan dedi: «Qüdrətli insanın mənimlə döyüşdə nicatı yoxdur və onu bu üç şeydən birinə giriftar edərəm: ya malı, sərvəti onun nəzərində böyüdərəm ki, nəticədə özünün vergi öhdəliklərini ödəməkdən imtina edər, ya onun istifadə yollarını onunçun asanlaşdıraram ki, nəticədə onları nahaq yerə xərcləyər, ya da malı, sərvəti ona sevdirərəm ki, nəticədə onu rəva görülməyən vasitələrlə əldə edər.»
İmam Əli (ə): «İki sifət insan vücüdunun ən əsrarəngiz hallarındandır. Var-dövlətə çatsa, qüdrəti onu düşmənə çevirər və əgər ona müsibət üz versə, gücsüzlüyü onu rüsvay edər.»
İmam Sadiq (ə): «Bir varlı kişi təzə və təmiz paltarlarından geyinib Allahın Peyğəmbərinin (s) yanına gəldi və Həzrətin yanında oturdu. Ondan sonra çirkli və nimdaş paltar geymiş bir dərviş gəlib həmin kişinin yanında əyləşdi. İmkanlı kişi öz paltarını onun dizinin altından çəkərək yığışdırdı. Allahın Peyğəmbəri (s) ona buyurdu: «Qorxdun ki, onun kasıblığından nəsə sənə çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Qorxdun ki, var-dövlətindən nəsə ona çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Qorxdun ki, paltarlarından nəsə ona çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Bəs niyə belə etdin?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! Mənim bir həmdəmim (şeytan) var və hər yaramaz əməli mənə gözəl, hər gözəl əməli nəzərimdə çirkin iş kimi göstərir. İndi malımın yarısını bu kişiyə bağışladım.» Allahın Peyğəmbəri (s) həmin kasıb kişiyə buyurdu: «Sən qəbul edirsən?» Ərz etdi: «Yox» Varlı ona dedi: «Nəyə görə?» Dedi: «Qorxuram sənin üzləşdiyin hallar mənə də yol tapsın.»
www.ahlibeyt.ge

Nəzərinizs  

+1 #1 Allah Razi Olsin inshallahilham 2012-07-19 06:59
SAlam aleykum! Allah bu laiheni yaradanlarda razi olsun inshallah!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə