Çr10162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə QEYBƏTİN TƏHLÜKƏLƏRİ

QEYBƏTİN TƏHLÜKƏLƏRİ

 Qurani-Kərim ayələri, Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt imamlarından nəql olunan rəvayətlər baxımından bu günahın mahiyyəti, onun fərdi və ictimai təsirləri diqqəti özünə cəlb edir. Əksərən bu mühüm məsələyə əhəmiyyət verilməsə də, İslamda ona çox ciddi yanaşılır. Qurani-Kərim ayələri ilə yanaşı, rəvayətlərdə də qeybətlə bağlı “Qeybət imanla bir yerə sığmır”, “Qeybət yaxşı əməllərin qəbuluna mane olur” və “Qeybət insanı Allahın himayəsindən çıxarıb, şeytanın himayəsi altına salır” kimi şiddətli ibarələr görünür:

1. Bərra deyir:

خَطَبَنا رَسُولُ اللهِ| حَتَّى اسْتَمَعَ الْعَوائِقُ فِي بُيُوتِها فَقالَ: "يا مَنْ مَعْشَرَ آمَنَ بِلِسانِهِ وَ لَمْ يُؤْمِنْ بِقَلْبِهِ لا تَغْتابُوا الْمُسْلِمِينَ وَ لا تَتَّبِعُوا عِوْراتِهِمْ فَاِنَّهُ مَنْ تَتَبَّعَ عَوْرَةَ اَخِيهِ تَتَبَّعَ اللهُ عَوْرَتَهُ وَ مَنْ تَتَبَّعَ اللهُ عَوْرَتَهُ يَفْضَحُهُ فِي جَوْفِ بَيْتِهِ

“(Bir dəfə) Peyğəmbəri-Əkrəmin (s) bizə söhbətini qadınlar belə evlərində eşitdilər. Həzrət buyurdu: “Ey dildə iman gətirib, qəlbdə iman gətirməyənlər! Müsəlmanların qeybətini qırmayın və gizli işlərini arayıb-axtarmayın. Öz din qardaşının gizli işlərini arayıb-axtaranın Allah-Taala da gizli işlərini üzə çıxarar və evində rüsvay edər.” (“Məhəccətül-beyza”, 5-ci cild, səh.252.)

Qeybətin imanla uyğun gəlməməsinə dair bunu demək olar ki, iman ilk növbədə mömin qardaşa ehtiramı vacib bildiyi halda, qeybət buna ziddir.

 

2. Məazın nəql etdiyi hədisdə deyilir:

“Bəzən bəndələrin əməlləri günəş şüası kimi parıldasa da, səmaya aparıldıqda, geri qaytarılıb sahibinin üzünə vurular və bu işə məmur olan mələk deyər:

اَمَرَنِي رَبِّي اَنْ لا اَدَعَ عَمَلَ مَنْ يَغْتابُ النّاسَ يَتَجاوَزُ اِلى رَبِي

“Pərvərdigarım mənə əmr edib ki, qeybət edənlərin Rəbbimə doğru yüksələn yaxşı əməllərinin qarşısını alım!”

Bu hədisə əsasən, deyə bilərik ki, boynunda camaatın haqqı olanların əməllərinin Allah dərgahında qəbulu çətindir. Demək, qeybətin bu qədər pislənilməsi onun camaatın haqlarına təcavüzü, abır-heysiyyətlərinin itməsi kimi təsirlərinə görədir.

 

3. Müfəzzəl ibn Ömərin imam Sadiqdən (ə) nəql etdiyi hədisdə belə buyurulur:

مَنْ رَوى عَلى مُؤْمِنٍ رِوايَةً يُرِيدُ بِها شَيْنَهُ وَهَدْمَ مُرُوَّتِهِ لِيَسْقُطَ مِنْ اَعْيُنِ النّاسِ اَخْرَجَهُ اللهُ مِنْ ولايَتِهِ اِلى ولايِةِ الشَّيْطانِ فَلا يَقْبَلُهُ الشَّيْطانُ

“Mömin qardaşını camaatın gözündən salmaq, abır-heysiyyətini aradan aparmaq məqsədilə onun eybini açanı Allah-Taala Öz vilayət və himayəsindən çıxarıb, şeytanın himayəsinə doğru qovar və şeytan da onu qəbul etməz.” (“Biharul-ənvar”, 75-ci cild, səh.168.)

Əlbəttə, bu hədis geniş məna daşıyır və yalnız qeybətlə bağlı deyil. Hər halda, qeybət edənlərin niyyəti qarşı tərəfin eybini faş edib şəxsiyyətini sındırmaqdır və bu hədisə əsasən, möminlərin rəhbərliyini və himayəsini öhdəsinə götürən, onları zülmət və qaranlıqdan nur və işıqlığa çıxaran mütəal Allah Öz himayəsini qeybət qıranların üstündən götürəcək və onlar şeytanın himayəsi altına keçərək bütün bu nemətlərdən məhrum olacaqlar!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə