Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat İnsanı qəfil ölümdən amanda saxlayan surə

"Surə"lər haqqında qısa məlumat

İnsanı qəfil ölümdən amanda saxlayan surə

 

“Təğabun” surəsi Qurani-kərimin altmış dördüncü surəsidir. Bu surə Mədinədə nazil olmuşdur və on səkkiz ayəsi vardır.

1. Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Hər kəs “Tağabun” surəsini oxusa, qəfil ölümdən xilas olar”. (“Məcməul-bəyan”, c. 10, səh. 27)

2. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Təğabun” surəsini vacib namazlarında oxusa, bu surə Qiyamət günü onun şəfaətçisi olar. Qiyamət günü onu oxuyanın xeyrinə ədalətlə şəhadət verər və onu cənnətə daxil etməyincə ondan ayrılmaz. (“Səvabul-əmal”, səh. 118)

3. İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs müsəbbəhatın (İsra, Hədid, Həşr, Səf, Cümə,Təğabun və Əla) hamısını oxusa, həzrət Qaimi (əc) dərk etməmiş ölməz. Əgər ölsə də Peyğəmbərin (s) pənahında və qonşuluğunda olacaqdır”. (“Səvabul-əmal”, səh. 119)

4. Peyğəmbəri-əkrəm (s): “Təğabun” surəsini oxumaq, şərrindən qorxduğunuz hakimlə üz-üzə gəldikdə onun şərrindən aman mənbəyi olar. (“Təfsirul-burhan”, c. 5, səh. 391)

5. Əgər bir kəs bir şeyi torpaqda basdırsa və sonra onu harada basdırdığını unutsa, bu surənin yeddinci ayəsini təzə kağıza yazsın, sonra onu pak su ilə onu yusun. Sonra isə basdırdığı şeyin orada olmasını güman etdiyi yerdə buxur (ətirli qətran) yandırsın və (ayə yazılmış kağızın) yuyulmuş suyu(nu) ora səpsin. Allah onu itirdiyi şeyə tərəf hidayət edər. (“Təfsirul-burhan”, c. 5, səh. 391)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə