Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Rəhmət mələyi

Şiə məqalələri

Rəhmət mələyi

 

 Dünyada qoyub gəldiklərin müqabilində aldıqlarından razısanmı?
Abdullah ibn Vəlid deyir: Mərvanın dövründə imam Sadiqin (ə) görüşünə getdim. Həzrət soruşdu: “Kimsən?” Dedim: “Kufə əhlindən.” Həzrət buyurdu: “Kufə əhli, xüsusi ilə Kufə şiələri kimi aşiqimiz yoxdur.” Sonra əlavə etdi: “Allah sizi bir həqiqətə yönəldib ki, başqaları ondan xəbərsizdir. Bu səbəbdən də siz dostluğa, başqaları düşmənçiliyə üz tutub. Siz bizə tabe oldunuz, başqaları bizə qarşı çıxdılar. Siz bizi təsdiqlədiniz, başqaları bizi təkzib etdi. Allah sizin həyat və ölümünüzü bizim həyat və ölümümüz kimi qərar versin. Atam buyurub: “Ölüm mələyi möminə deyər: “Başının üstünə bax.” Mömin deyilən tərəfə baxıb, dünya əhlinin əli çatmayan behişt dərəcələri və qəsrlər görər. Bu mənzillər və nemətlər, var-dövlət və əhl-əyal sənin və nəslindən olan salehlərindir. Allahın bu lütf və bəxşişindən razısanmı?” Şəxs deyər: “Bəli, and olsun Allaha.” Sonra ölüm mələyi deyər: “Bax.” Şəxs baxıb həzrət Məhəmmədi (s), Əlini (ə) onların ailəsindən olan pak insanları müşahidə edər. Ölüm mələyi deyər: “Onları görürsənmi? Onlar sənin ağaların, imamlarındır. Burada sənin yoldaşların onlardır. Dünyada qoyub gəldiklərin müqabilində aldıqlarından razısanmı?” Şəxs deyər: “Bəli, and olsun Rəbbimə!” (“Təfsirul-imamul-Əskəri”, 239, hədis 117)
Belə bir məqamda insan dünyadan gedişindən və axirətə daxil olmasından razı qalır və heç vəchlə geri dönmək istəmir.
Əhli-beyt (ə) aşiqlərinin ölüm zamanı müşahidə etdiyi həqiqətlərdən biri də rəhmət mələkləridir. Bu mələklər möminləri müjdələyir, Allahın salamını onlara çatdırır.
Qurani-kərimdə oxuyuruq: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.
Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!” (“Fussilət”, 30-32)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə