Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Niyə namazda özümüzə salam göndəririk?

Öyüd-Nəsihət-Rəvayət

Niyə namazda özümüzə salam göndəririk?

İbadətlərin bir çoxunun, o cümlədən namazın öhdəsində olan vəzifələri vardır ki, onların səbəbləri bizə açıqlanmamışdır. Biz onları Allah Təala tərəfindən əmr olunduğu üçün yerinə yetiririk.
Hədislərimizə əsasən namazın sonunda verilən salamlar namazın təhlilidir. İmam Sadiqdən (ə) gələn hədisdə deyilir ki, namazın təhrimləri (yəni, qadağa edilənləri) dedikdə məqsəd odur ki, təkbir deyildikdən sonra namazın əksinə olan işlər yerinə yetirlməsin.
Namazın təhlili dedikdə məqsəd odur ki, namazın təslim və axırıncı salamlarını verəndən sonra namazın əksinə olan işləri yerinə yetirmək caizdir. O cümlədən danışmaq. (İslami saytlara istinadən)
Bəzi hədislərdə isə oxuyuruq ki, namazın sonunda verilən salamlar dünya və axirət bəlalarından amanda olmaq vasitələridir. İmam Sadiq (ə) bu haqda buyurur: “Hər bir namazın sonunda verilən salamlar – əmin-amanlıqdır. Yəni, hər kim İlahi əmri və Peyğəmbərin (s) sünnətini Allah qarşısında müti və təvazökar halda yerinə yetirərsə, onun üçün dünya bəlasından pənah yeri və əmin məqam olar. Axirətdə İlahi əzaba görə bəraət və xilas olmaq olar”.
Salam özü – Rəhim və Rəhman olan Allah tərəfindən deyilən sözdür. Ona görə də hər kəsə, eləcə də özümüzə salam vermək rəhmət və bərəkətin nazil olmasına səbəb olar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Nə zaman evinə daxil olsan, de: “Bismilləh və Billəh”. Sonra ev əhlinə salam ver və əgər evdə kimsə olmasa, de:

بسم الله و سلامٌ علي رسول
الله و علي اهل بيته و السلام علينا و علي عباد الصالحين


"Bismilləh və səlamun alə Rasulilləh və alə Əhli-Beytihi vəs-səlamu aleynə və alə ibədis-salihin". Nə zaman bu kəlmələri desən, şeytan sizin evdən qaçar”.
Beləliklə deyə bilərik ki, namazda özümüzə salam vermək – İlahi rəhmət və bərəkətə səbəb olar və bizi dünya və axirət bəlalarından qoruyan vasitə olar. Bundan əlavə, salam Allah tərəfindən deyilən söz olduğu üçün onu hər kəsə, eləcə də özümüzə vermək bizə bərəkətlər nazil edər və salehlərin zümrəsinə qoşulmağımıza yardım edər.
Bizim yadımıza salar ki, Allaha məhz saleh bəndə olmaq üçün ibadət edirik.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə