Məsumlardan (ə) gözəl kəlamlar

 "Elmini gizlədən alim qiyamət günü pis iyli cəsəd kimi məhşur olar"
Rəsuli-Əkrəmdən (s) eşitdim ki, buyurdu: “Heç bir qorxu və təqiyyə yeri olmadığı halda dini məlumat almaqdan ötrü soruşulan suala cavab verməyən şəxsin ağzına qiyamət günü oddan yüyən vurular.
Həzrət Əli (ə)

Elmini gizlədən alim qiyamət günü pis iyli cəsəd kimi məhşur olar və hər kəs ona nifrin yağdırar.
İmam Cəfər Sadiq (ə)

Ümmətim arasında dinə xilaf olan bidətlər zahir olan zaman gərək elm sahibləri öz elmlərini aşkar etməklə bu bidətləri aradan aparsınlar, əks təqdirdə Allahın lənətinə düçar olarlar.
Rəsuli-Əkrəm (s)

Elmini aşkar etməli olan alimin sükut etməsində, nadanın danışığında olduğu kimi, heç bir xeyir yoxdur.
Həzrət Əli (ə)

Heç bir iman sahibi olan gözə icazə verilmir ki, insanların günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz qapaqlarını bir-birinin üzərinə qoysun.
Qəlbi, dili və əli insanları günahlardan çəkindirməyən kəs dirilər arasında hərəkət edən ölü kimidir.