Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Namaz şeytanı məhv edir

Şiə məqalələri

Namaz şeytanı məhv edir

 Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir
VƏHY MƏKTƏBİNDƏ NAMAZ

İbadət, onun fəlsəfəsi və şərtləri barəsində söhbətlər oldu. İndi isə ibadətin ən bariz nümunəsi olan “namaz” mövzusunu araşdıracağıq. Öncə Quran və hədisdə namazın məqamı ilə tanış olaq. Sonra isə onun xırdalığına və sirlərinə əl ataq. Beləliklə, namaz haqqında vəhy məktəbinin baxışlarına diqqət yetirək:
Namaz peyğəmbərlərin ən mühüm tövsiyələrindən biri və ibadətin ən bariz nümunəsidir. Həzrət Loğman övladına deyir:
“Oğulcan, namaz qıl.” (“Loğman” surəsi, ayə 17.)
Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir: “Məni düşünmək üçün namaz qıl.” (“Taha” surəsi, ayə 14.)
Namaz Allahın əhdidir. (“Kənzul-ummal”, 7-ci cild, səh.279.)
Namaz Peyğəmbərin (s) gözünün nurudur. (“Bihar”, 77-ci cild, səh.77.) Namaz çətin və kədərli anlarda köməkdir. Allah-təala buyurur: Çətinliklərdə namaz və səbrdən kömək alıb, onlara qalib gəlin: “Səbr etmək və namaz qılmaqla kömək diləyin!” (“Bəqərə” surəsi, ayə 45.)
Namaz təkəbbür üçün dərmandır. Həzrət Əli (ə) buyurur: Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi. (“Nəhcül-bəlağə”, 252-ci hikmət.)
Namaz Allahın verdiyi nemətlərə görə Ona təşəkkür vasitəsidir: “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (“Kövsər” surəsi, ayə 2.)
Namaz dinin simasıdır. (“Fürui-Kafi”, 1-ci cild, səh.270.)
Namaz İslam dininin nişanı, gerbi və bayrağıdır. Peyğəmbər (s) buyurur: “Namaz İslamın bayrağıdır.” (“Kənzul-ummal”, 7-ci cild, səh.279.)
Namaz dinin sütunudur. (“Mustədrək”, 1-ci cild, səh.172.)
İslam Peyğəmbəri (s) buyurur: “Namazın dində rolu başın insan bədənindəki rolu kimidir.” (“Nəhcül-fəsahə”, 3075-ci cümlə.)
Namaz behiştin açarıdır. (“Nəhcül-fəsahə”, 1588-ci cümlə.)
Namaz insanları dəyərləndirmə meyarıdır. (“Fürui-kafi”, 1-ci cild, səh.267.) Namaz dinin köküdür. (“Vəsail”, 1-ci cild, səh.4.)
Qiyamətdə veriləcək ilk sual namaz haqqındadır. (“Nəhcül-fəsahə”, 979-cu cümlə.)
Namaz günahları məhv edir. Hədislərdə namaz insanın gün ərzində beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi bir çaya bənzədilir. (“Vəsail”, 3-cü cild, səh.7.)
Namaz məxluqla xaliqin rabitəsidir. Namaz maddi insanı mənəviləşdirir və insanı Allahla tanışlıqdan əlavə, su, torpaq, qiblə, tülu (doğuş), qürub, vaxt və bütövlükdə təbiətlə tanış edir.
Namaz yeganə ibadətdir ki, hətta qərq olduqda və döyüşdə insanın öhdəsindən götürülmür. Namaz zülmkar hakimiyyətdə insanın ən uca azadlıq fəryadı və Allah dərgahında bəndəliyin elanıdır.
Namaz İbrahim (ə), Məhəmməd (s), Hüseyn (ə) və Mehdi (ə) sünnəsini diriltməkdir.
Namaz insanın Allaha yaxınlaşması üçün vasitədir. (“Fürui-kafi”, 1-ci cild, səh.265.)
Namaz peyğəmbərlərin axırıncı tövsiyəsidir. İmam Sadiq (ə) vəfatından öncə bütün yaxınları və övladlarını ətrafına toplayıb bildirdi ki, namaza yüngül yanaşan şəxsə qiyamətdə bizim şəfaətimiz şamil olmayacaq. (“Fürui-kafi”, 1-ci cild, səh.264.)
Namaz Allahın dostları üçün şirin, münafiqlər üçün isə çətin və ağır bir yükdür: “Həqiqətən, o təvazökar olmayanlara ağır bir yükdür.” (“Bəqərə” surəsi, ayə 45.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə