Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Hədis MƏSUMLARIN NURLU KƏLAMLARINDAN

MƏSUMLARIN NURLU KƏLAMLARINDAN

 

Namazın dində olan mövqeyi başın bədəndə olan mövqeyi kimidir
Həzrət Əli (ə) buyurub:
Alim elmini elm əhlindən gizlətdiyi zaman, savadsız insan ilahi hökmləri öyrənməyə təkəbbür göstərdiyi zaman, dövlətlilər simiclik edən zaman və fəqirlər öz dinlərini dünyaya satdıqları zaman xalqa ilahi əzab və bəla nazil olar.

İmam Həsən Əsgəri (ə) buyurub:
Öz imamından uzaq düşən, dini rəhbərinə əli çatmayan və özünə lazım olan hökmlərin öyrənə bilməyən şəxs yetim uşaqdan da artıq yetimdir. Əgər bizim əhkamımıza bələd olan kəslər belə yetimləri öz himayəsinə alıb onlara yol göstərsələr, behiştin yüksək mərtəbələrində bizim yanımızda olacaqlar.

Həzrət Peyğəmbər (s) buyurub:
Namazın dində olan mövqeyi başın bədəndə olan mövqeyi kimidir. Doğruçuluq aramlıq, yalan isə iztirabdır. Qur`an elə bir sərvətdir ki, yoxsulluq gətirməz və elə bir hidayətdir ki, azğınlıq gətirməz. Qəza və qədərə olan iman qüssəni aradan aparar. Dünyada zahidlik etmək qəlbin və bədənin asayişidir.

Behişt narahatçılıq və əziyyətlər qapısının arxasında, cəhənnəm isə şəhvət və ehtiraslar qapısının arxasındadır. Allahın məhəbbəti qəzəblənən zaman həlim olmağı bacaranlara vacibdir. Mən mükəmməl sözlərlə məb`us (peyğəmbərliyə tə`yin) olunmuşam. (Yə`ni elm, əxlaq və hikmətlə dolu olan sözlərlə) Qiyamət günü insanların hər biri öz niyyətlərinə uyğun müəyyən olarlar.

Allah rəhmət etsin dilini islah edən kəsə. Allahın rəhməti olsun o kəsə ki, ya faydalı söz danışır, ya da susur. Allahın rəhməti mənim ümmətimdən o kəslərə olsun ki, dəstəmaz alan zaman və yeməkdən sonra dişlərini təmizləyib yuyurlar. Allah istəyir sevdiyi bəndəsinə həmişə onun gümanı gəlmədiyi yerdən ruzi versin. Fəqirlik küfr uçurumunun kənarındadır. Həsəd elə bir şeydir ki, sanki qəzavü-qədəri dəyişdirir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə