Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat Tövbə” surəsinin siması

"Surə"lər haqqında qısa məlumat

Tövbə” surəsinin siması

 Rəvayətlərdə surənin ən məşhur adları “Tövbə” və “Bəraətdir”
Qurani-Kərimin 129 ayədən ibarət olan 9-cu, “Tövbə” surəsi hicrətin 9-cu ilində nazil olmuşdur. (“Təfsire-Nurus-səqəleyn”.) Surənin bir hissəsi Təbuk döyüşündən öncə, bir hissəsi döyüş gedişində, digər bir hissəsi döyüşdən sonra nazil olmuşdur.
Rəvayətlərdə surənin ən məşhur adları “Tövbə” və “Bəraətdir”. Surənin “Tövbə” adlandırılmasının səbəbi bu surədə insanın tövbəsinə, ilahi lütfün qayıdışına dəfələrlə işarə olunmasıdır. Surənin “Bəraət” adlanmasının səbəbi isə, onun müşriklərdən cana doymasının elanı ilə başlamasıdır.
Bəzi təfsirçilər bu surədəki mövzuları “Ənfal” surəsinin davamı saymışlar. Onların nəzərincə, elə bu səbəbdən surə “Bismillahir-Rəhmanir-Rəhim”-siz başlamışdır. Amma bizim, peyğəmbər Əhli-beytinə (ə) əsaslanan əqidəmizə görə, bu surə müstəqildir və onun “Bismillah”-sız başlamasının səbəbi onda müşriklərə qəzəbli tərzdə müraciət olunmasıdır. Çünki “Bismillah aman vermək üçün, bəraət isə amanın götürülməsi üçündür.” (“Təfsire-Məcməül-bəyan”.)
Surənin əhəmiyyətini anlamaq üçün həzrət Peyğəmbərin (s) bir buyruğunu xatırlamaq kifayət edir: “Bəraət” və “Tövhid” surələri yetmiş min mələyin müşayiəti ilə nazil oldu.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə