"Surə"lər haqqında qısa məlumat

YASİN SURƏSİNİN FƏZİLƏTİ

 

«Yasin» surəsi hər kəs dünya və axirət bəxş edib, dünya bəlalarını və axirət vəhşətini ondan dəf edər.
Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: «Həqiqətən hər bir şeyin qəlbi vardır. Quranın da qəlbi «Yasin» surəsidir. Elə isə hər kəs gündüz (gecə düşməzdən əvvəl) «Yasin» surəsini oxusa o gün Allah-Taala onu bəlalardan hifz etmiş və ruzi əta etmiş olar. Hər kəs gecə, yatmazdan əvvəl bu mübarək surəni qiraət etsə, Haqq-Taala onu rəcim (qovulmuş) olan şeytanın şərrindən və hər cür bəlalardan hifz etmək üçün min dənə mələyi vəkil qərar verər. Əgər həmin gün o, dünyadan köçsə Allah-Taala onu behiştə daxil edər, onu qüsl edərək, otuz min mələk onun üçün istiğfar deyərək, Allahdan bağışlanmaq diləyər. Allah-Taala onun qəbrini gözləri görəcək yerədək, geniş edib, onu qəbrin darlığından xilas edər...»
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: «Hər kəs «Yasin» surəsini Allah rizayəti üçün oxusa, Allah-Taala ona Qurani-Kərimi on iki dəfə tilavət edənlərin əcrini yazar.»
Yenə də rəvayət edilmişdir ki, hər kim bu mübarək surəni tilavət etsə, əcri iyirmi dəfə «Həcc»i ziyarət edənlərin əcrinə bərabərdir.
«Məkarimul-əxlaq» kitabında Təbərsidən rəvayət olunmuşdur ki, «Yasin» surəsi hər kəs dünya və axirət bəxş edib, dünya bəlalarını və axirət vəhşətini ondan dəf edər.