Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat Həmd” surəsi şəfa səbəbidir

"Surə"lər haqqında qısa məlumat

Həmd” surəsi şəfa səbəbidir

 

“Əgər bu surəni ölüyə yetmiş dəfə oxusanız və o dirilsə, təəccüb etməyin.”
Digər bir adı “Fatihətul-kitab” olan “Həmd” surəsinin yeddi ayəsi var. (Səma qatlarının, həftənin günlərinin, Kəbə ətrafında təvaf dövrlərinin, Səfa və Mərvə arasındakı səylərin, şeytana atılan daşların da sayı yeddidir.) Hər bir müsəlmana vacibdir ki, gündəlik (yövmiyyə) namazlarında ən azı on dəfə bu surəni oxusun. Əks təqdirdə, namaz batildir. Hədisdə buyurulur: “Fatihətul-kitabsız namaz yoxdur.” (“Müstədrək”, c. 4, h. 4365.)
Cabir ibn Abdullah Ənsarinin həzrət Peyğəmbərdən (s) rəvayətinə görə, bu surə Quranın ən dəyərli surələrindəndir. İbn Abbasın nəql etdiyinə görə “Həmd” surəsi Quranın əsasıdır. Bir hədisdə isə belə nəql olunur: “Əgər bu surəni ölüyə yetmiş dəfə oxusanız və o dirilsə, təəccüb etməyin.” (“Bihar”, c. 92, s. 257.)
Surənin “Fatihətul-kitab” adlandırılmasından məlum olur ki, Quranın bütün ayələri Allah rəsulunun zamanında toplanılmış və kitab şəklinə gətirilmişdir. Onun əmri ilə “Həmd” surəsi ilahi kitabın başlanğıcında yerləşdirilmişdir.
“Səqəleyn” hədisində oxuyuruq ki, Peyğəmbər (s) buyurdu: “Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytim.” (“Bihar”, c. 2, s. 100.) İlahi ayələrin peyğəmbər zamanında Allahın kitabı şəklində toplanması və bu adla müsəlmanlar arasında tanınması yuxarıdakı hədisdən də görünür.
Mübarək “Fatihə” surəsinin ayələrində Allah və Onun sifətlərinə, məad məsələsinə, doğru yolun və bu yolda rəhbərin tanınması Allahın hakimiyyətinin və səltənətinin qəbulu mövzularına işarə olunur. Eləcə də, ilahi övliyaların yolunun davamına məhəbbət və azğınların, qəzəbə düçar olmuşların yolundan imtina izhar olunur.
Quran kimi “Həmd” surəsi də şəfa səbəbidir. Bu surə həm cismani, həm də ruhani xəstəliklərin məlhəmidir. (Əllamə Əmini “Fatihətul-kitab” təfsirində bu barədə xeyli rəvayət nəql etmişdir.)

Həmd surəsinin tərbiyəvi dərsləri

Həmd surəsinin təfsirindən qabaq, ona aid dərs mövzularını müəyyənləşdirib, növbəti söhbətlərimizdə həmin mövzuları şərh edəcəyik:

1. İnsan “həmd” surəsinin tilavətində “Bismillah” deməklə Allahdan başqalarından ümidini kəsir.
2. “Rəbbil aləmin” və “Maliki yəvmiddin” deməklə hiss edir ki, o yaranmışdır, maliki var. Beləcə, eqoistlik və qüruru kənara qoyur.
3. İnsan “Aləmin” sözünü deməklə özü ilə varlıq aləmi arasında rabitə yaradır.
4. “Ər-Rəhmanir-Rəhim” deməklə insan özünü Allahın lütf kölgəsində bilir.
5. “Maliki yəvmiddin” deməklə qəflət və diqqətsizliyi öz gələcəyindən silib atmış olur.
6. “İyyakə nəbudu” deməklə riyakarlıq və şöhrətpərəstlik aradan götürülür.
7. “İyyakə nəstəin” deməklə fövqəl-qüdrətlərdən qorxuya son qoyulur.
8. “Ənəmtə” deyən insan anlayır ki, nemətlər Allahın əlindədir.
9. “İhdina” deməklə haqq və doğru yol istənilir.
10. “Siratəlləzinə ənəmtə ələyhim” deməklə insan haqq yolda olanlara bağlılığını elan edir.
11. “Ğəyril məğzubi ələyhim vələzzallin” deməklə batil və batil əhlindən uzaqlıq bildirilir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə