Bz.er09162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Sadiq (ə) Məqalələr İMAM SADİQ (Ə) -in ELM MƏQAMI

İMAM SADİQ (Ə) -in ELM MƏQAMI

 

Rəbiul-əvvəl ayının 17-i (Dekabr-17) İslam Peyğəmbərinin (ə) və o həzrətin altıncı xəlifəsi imam Cəfər Sadiqin (ə) doğum günüdür. Bu münasibətlə həmvətənlərimiz və oxucularımızı təbrik edir, öncədən İslam Peyğəmbəri (ə) haqda məqalə verdiyimiz üçün, bu yazıda imam Sadiqin (ə) həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının 17-i Mədinə şəhərində dünyaya göz açmış və 148-ci ilin Şəvval ayının 25-də 65 yaşında ikən Abbasi xəlifəsi Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası imam Baqirin (ə) məzarının kənarında yerləşir. O həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. On övladı – 7 oğul və 3 qızı olmuşdur.

İmam Sadiq (ə) 114-cü hicri-qəməri ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, 132-ci ildə Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir.

İMAM SADİQİN (Ə) ƏXLAQİ, ELMİ-FİQHİ ŞƏXSİYYƏTİ

Şiə etiqadına əsasən, imam Sadiq (ə) Allah tərəfindən imamət məqamına təyin edilmişdir və belə bir inanc tərzinin yaranmasına səbəb olan məsələ o həzrətin imamətə xas olan şərtlərə sahib olmasıdır. İmam Sadiq (ə) əhli-sünnə arasında da böyük elmi şəxsiyyət kimi tanınır. Əbu Hənifə və Malik ibn Ənəs kimi əhli-sünnə alimləri və öndərləri imam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. “Maliki” məzhəbinin təsisçisi və imamı Malik ibn Ənəs imam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edənlərdən biri kimi, o həzrətin şəxsiyyətini belə vəsf edir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. O həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olan halda görürdüm. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi...” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)

Əbu Hənifə də imam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Muhəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)

Üçüncü əsrin məşhur alimlərindən olan Cahiz imam Sadiqin (ə) haqqında belə söyləyir: “Cəfər ibn Muhəmməd (ə) elə bir şəxsiyyətdir ki, elmi və fiqhi bütün dünyanı tutmuşdur. Əbu Hənifə və Süfyan Surinin onun şagirdlərindən olduqları deyilir. Onların o həzrətin şagirdlərindən olması onun elmi əzəmətinin sübutuna kifayətdir.” (“Ər-rəsail”, Cahiz, səh.106.)

Məşhur “Miləl və Nihəl” kitabının müəllifi Şəhristani imam Sadiqin (ə) elmi və əxlaqi şəxsiyyəti haqqında belə yazır: “O, dini məsələlərdə sonsuz elmə, hikmətdə kamil ədəbə, dünya və onun bərbəzəyi qarşısında isə güclü zöhd və təqvaya sahib, nəfsin istəklərindən uzaq bir şəxs idi.” (“Əl-miləlu vən-nihəl”, 1-ci cild, səh.147.)

Tarixi mənbələrdə imam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.

Bir sözlə, imam Sadiq (ə) öz dövründə – xüsusilə, cəmiyyətin alim və mütəfəkkirləri təbəqəsinin nəzərində – heyrətləndirici bir əzəmətə sahib idi. Əbu Zöhrə bu barədə belə yazır: “İslam alimləri o qədər fikirayrılıqlarına və məktəblərinin müxtəlifliyinə baxmayaraq, imam Sadiqdən (ə) və onun elmi məqamından başqa, kiminsə haqqında yekdil fikirdə olmamışlar.” (“Əl-imamus-Sadiq (ə)”, Əbu Zuhrə, səh.66.)

Böyük şiə alimi Şeyx Müfid o həzrət haqda yazır: “İslam alimlərinin o həzrətdən nəql etdikləri hədislərin sayı qədər digər imamlardan nəql etməmişlər.” (“Kəsful-ğummə”, 2-ci cild, səh.166.)

İmam Sadiqdən (ə) nəql olunan İslam maarifi və hədislərin həcmi böyük olduğundan “şiə” məzhəbi “Cəfəri məzhəbi” adı ilə o həzrətə mənsubdur. O həzrətin hədislərinin çoxluğu iki səbəbdən qaynaqlanırdı:

Birinci səbəb odur ki, imam Sadiq (ə) digər imamlardan çox yaşamış və altmış beş yaşı ilə Əhli-beyt imamlarının ən yaşlısı sayılır (hicri-qəməri təqvimi ilə 83-148). İkinci səbəb isə birinci səbəbdən daha önəmlidir, o da imam Sadiqin (ə) yaşadığı dövrə hakim xüsusi şəraitdir. O həzrətin imamət dönəmi Əməvilər hakimiyyətinin süqutuna, qüdrət və hakimiyyətin Əməvilər sülaləsindən Abbasilər sülaləsinə keçməsi və Abbasilər hakimiyyətin başlanğıcına təsadüf edirdi. O həzrət bu fürsətdən və siyasi qüdrətin zəifliyi və boşluğundan səmərəli istifadə etmiş, dini maarifin təbliği və nəşri ilə məşğul olmuşdur. Elə o həzrətin dönəmində şiə məzhəbi kəlam, əxlaq, fiqh və digər elmi sahələrdə müstəqil hüviyyətə sahib oldu. Deyə bilərik ki, imam Sadiqin (ə) elmi-m

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə