Öyüd-Nəsihət-Rəvayət

Əməlləri zay edən günahlar və günahın təsirini aradan aparan əməllər

 

Əməlin məhv olması dedikdə, onun yuxarı qalxmaması və savabının aradan getməsi nəzərdə tutulur. Quranın nəzərinə görə bir çox əməllər vardır ki, saleh əməllərimizi məhv edər. (Tebyan)
Bu əməllərə işarə edək:
1. Küfr və şirk. “Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır”.(“Maidə” 5).
“Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar”. (“Tövbə” 17). Bu ayələr küfrün və şirkin əməli zay etdiyini vurğulayır.

2. Nifaq. “İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!». (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar”. (“Maidə” 53).
3. Quran ayələrini və Qiyamət gününü inkar etmək. “Bizim ayə və nişanələrimizi, eləcə də axirət görüşünü yalan sayan kəslərin (xeyir) əməlləri puç və batil olacaqdır. Məgər onlar etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?!”. (“Əraf” 147).
Hədislərin nəzərində saleh əməlləri məhv edən əməllər:

1. Namazı tərk etmək. İmam Sadiq (ə) buyurur: “Hər kim (İslam dininə) iman gətirməyə kafir olar, əməli məhv olar. O cümlədən bilərəkdən məst olmadan və ya səbəbi olmadan namazı tərk edər”.

2. Üsulid-dinə şəklə əməl etmək. İmam Sadiq (ə) buyurur: “Hər kimin şəkk və şübhəsi olar, Allah əməlini məhv edər. Allahın hüccəti - aydın hüccətdir”.

3. O qadın ki, ərinə deyər mən səndən heç bir xeyir görməmişəm. İmam Sadiq (ə) buyurur: “O qadın ki, ərinə deyər ki, mən səndən xeyir görməmişəm, əməlinin savabı aradan gedər”.

4. İmam Əli (ə) vilayətinə kafir olmaq.
Pis əməllər yaxşı əməlləri məhv etdiyi kimi, bəzi yaxşı əməllər də vardır ki, günahın təsirini aradan aparır. Bu əməllərə işarə edək:

1. Vacib namazları yerinə yetirmək. “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür”. (“Hud” 114).

2. Kəbirə günahlardan çəkinmək. “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)”. (“Nisa” 31).
“Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir”. (“Nəcm” 32).