Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Öyüd-Nəsihət-Rəvayət

AXİRƏT

Quran:
«Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur.»
İmam Əli (ə):«Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.»
İmam Əli (ə):«Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.»
İmam Əli (ə):«Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.»

Axirət işlərinin əzəməti.
Quran:
«Bir gör onların birini digərindən necə üstün etdik. Axirətdə dərəcə və üstünlüklər daha yüksək və ucadır.»

Hədis:
İmam Əli (ə):«Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.»

Axirət əbədi evdir.
Quran:
«Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, qalmaq yeri axirət evidir.»
İmam Əli (ə):«Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır.»
İmam Əli (ə):«Dünya qurtaran, axirət isə əbədidir.»

Axirətin üstünlüyü.
Quran:
«De:«Dünyanın malı azdır və axirət, təqvası olan üçün daha yaxşıdır.»
İmam Əli (ə):«Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.»

Axirəti yada salmaq.
İmam Əli (ə):«Axirəti yada salmaq dava-dərmandır, dünyanı yada salmaq isə ən pis dərd və xəstəlik.»
İmam Əli (ə):«Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar.»

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə