C.a11272014

Last updateB.e, 23 Dek 2013 9am

Previous Next
Məhərrəm İmam Hüseyn (ə) «Səqəleyn» hədisindəMötəbər hədis mənbələrində zikr olmuş rəvayətə görə, Həzrət...
Aşura və dəyərlər AŞURA VƏ DƏYƏRLƏR Bunlardan biri də öz əzəməti ilə seçilən möhtəşəmliyi ilə yaşayıb günümüzə...
Müslüm ibn Əqil Kufədə Müslümün taleyi Həzrət Müslüm ibn Əqilin bu iş ona tapşırılarkən 28 yaşı var idi. O,...
İMAM HÜSEYNİN QİYAMI VƏ ОNU DОĞURAN SƏBƏBLƏR MÜƏLLİF: USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİBİSMİLLAHİR-RƏHMANİR-RƏHİMMÜQƏDDİMƏ İnsan öz həyatında...
Hüseynin müsibətində ağlayan gözlər   Həzrət Peyğəmbər (s): "Qiyamət günü Hüseynin müsibətində ağlayan gözlərdən başqa, bütün...
Hüseynə yerlər ağlar, göylər ağlar ... Hüseynə yerlər ağlar, göylər ağlar, Bətuli-Mürtəza Peyğəmbər ağlar.Hüseynin nohəsin Dilriş...
İmam Hüseyn (ə) haqqında hədislər İmam Hüseyn (ə) haqqında Peyğəmbərin (s) buyurduqlarından İmam Hüseyn  (ə) buyurub:...
Aşura haqqında hədislər Hədislər1.Hz. Əlidən rəvayət olunmuş bir hədisdə belə deyilir: “Bir nəfər ondan (hz. Əlidən)...
Kufəyə doğru KUFƏYƏ DOĞRUHicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü, Əhli-beyt əsirləri karvanını...
Məhərrəm gəldi    Bu günləri Kufənin ab-havası həmişəkindən daha görməli olub. Kufə bazarında gəzdikdə...

Həzrət Abbas (ə)


Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
"Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. Islam aləmində Həzrət Əbülfəzl (ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə məruflaşmışdır. Atası, Allahın hüccəti Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan ümmülbənidir. Xanım Fatimə (s.ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz ümmülbənini həzrət Əliyə (ə) tövsiyə elədi.
Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Imam Cəfər Sadiq (ə) belə buyurur: "Bizim əmimiz Həzrət Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O (ə), Imam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (ə) yolunda canını fəda edib şəhid oldu."

Imam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət Abbas (ə) təlim görməmiş alimdir. çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır."

O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub edərək öldürdü." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi.

Həzrət Əbülfəzin (ə) məqam və fəziləti barəsində sadəcə bir məsələni qeyd etmək kifayətdir ki, o Həzrətin (ə) hənsı məqama sahib olduğunu görək. Belə ki, məsum şəxsə yalnız məsum olan bir şəxs qüsl verib namaz qıla bilər. Həzrəti Muhəmmədə (s) Həzrət Əli (ə) qüsl verərkən ona Fəzl ibn Abbas və ibn Əbdülmttəlib su tökməklə kömək edirdilər. Lakin onlar parça ilə gözlərini bağlayaraq bunu etmişlər ki, Peyğəmbərin (s) mübarək bədənini görməsinlər. çünki qeyri-məsum şəxslər məsum şəxsin bədənini görsələr kor ola bilərlər. Amma Imam Hüseyn (ə) Imam Həsənə (ə), qüsl verərkən Həzrət Əbülfəzl (ə) gözü açıq iştirak etmişdir. Həzrət Əbülfəzl (ə) ömrünü qardaşı Imam Hüseynin (ə) yanında keçirmiş və daim ona sadiq qalaraq atasına verdiyi vədə əməl etmişdir.

Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrət Əbülfəzl (ə) ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən çəkinməyərək Allahın hüccətinni qəhrəmancasına müdafiə edərkən, Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Abbas (ə) bir daha öz vəfasını göstərdi. Imam Səccad (ə) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah Təala əmim Abbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər." Imam Sadiq (ə) Həzrət Əbülfəzl (ə) haqqında belə buyurur: "Ilahi haramları sənin haqqında halal bilən və səni öldürməklə islamın hörmətini tapdalayanlara Allah lənət eləsin."

Əbülfəzlin (ə) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: "Məhərrəm ayının 7-də Imam Hüseyn (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə) su gətirmək üçün Imam Hüseyndən (ə) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı. çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Həzrət Abbas (ə) düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi."

Aşura gecəsi Imam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin (ə) xidmətində durmuşdur. O gecə Həzrət Əbülfəzl (ə) qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı Imam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, Imam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir." Bunu eşidən Imam Hüseyn (ə) buyurdu: "Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin."

Aşura günü haqqın bayraqdarı olan Əbülfəzl (ə) Imamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün Imam Hüseyndən (ə) icazə alaraq növbə ilə meydana getdiyi halda Həzrət Əbülfəzl (ə) Imam Hüseynin (ə) əmrini gözləyirdi. Sonda o, Imam Hüseyndən (ə) icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Həzrət Əbülfəzl (ə) ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu ilə su doldurub qayıdarkən Onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin (ə) sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar. Həzrət (ə) fəryad edərək buyurdu: "Məndən sənə salam olsun ey əba Əbdullah." Bunu eşidən Imam Hüseyn (ə) onun yanına gələrək Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: "Indi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı."

Həzrət Əbülfəzl (ə) Kərbəlada Imam Hüseynin (ə) hərəminin yaxınlığında dəfn olunub.

O Həzrəti vasitə bilib sidq ürəklə Allah Təaladan istənilən hacətlər tezliklə qəbul olur. Elə bu səbəbə görə o Həzrəti (ə) "Hacətlər qapısı" daadlandırırlar.
tovuzumdu.azersayt.com

Nəzərinizs  

 
+1 #3 NazimGuest 2014-06-27 11:03
Canım sene feda olsun Hz. Abbas
 
 
+3 #2 irəli: Həzrət Abbas (ə)Guest 2013-10-20 20:42
allah yazandan razi olsun
 
 
+3 #1 Salam Aleykumshahin 2011-10-03 05:11
ALLAH sizlerden razi olsun ki bu cur sherait yaratmisiz bizlerde sizin elminizden faydalaniriq ALLAH elminize bereket versin
 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə

Favorİt

Previous Next
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
Yas mərasimi, yoxsa ...?! Dövrümüzdə müşahidə olunan adətlərdən biri də icra olunan yas  məclsiləridir. Məsələn, bir...
Asqırmaq nədir?! Bəziləri də asqırmağı uğursuz əlamət sayıblar: «Bu, səbir əlamətidir. Əgər bir yerə getmək, ya...
Adəmdən (ə) öncə yer üzündə insan olubmu?! Rəbbin mələklərə - “Mən yer üzündə canişin qərar verəcəyəm”  dediyi zaman, mələklər dedilər:...
Ədədlərin sirri Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri var. Hərflər vasitəsi ilə qarşı tərəflə...
Kəbə nə üçün tikilib? Sual: Kəbənin tikilişinin fəlsəfəsi nədir? Allah cisim deyil ki, ev və məkana ehtiyacı...
Hikmət və dəyərdən bir bölüm Cənnət sevgisindən öldü ...Nəql olubdur ki, bir neçə il bundan qabaq sadə bir kişi var imiş....
Ruhlar harada məskunlaşıb?! BƏRZƏX   (Həttə izə caə əhəduhumul-məvtu qalə Rəbbi irciun. Lə`əlla əməlun salihun fimə...
Seyidlərin hörmətini saxlayaq! İmam Əli (ə) və həzrət Fatimənin (ə.s) nəslinə ehtiram vacib olması Oğul, sənə Əli və...
Şeytan haqqında Allahın iblislə rəftarından dərs almaqİmam Əli(ə):«Allahın iblislə rəftarından dərs alın. Belə...
Zühur əsri və ağıl Batinin və ruhun paklaşdırılmasıEtiqadi məsələlərdən biri də pak fitrətin pak olmayan fitrətlə...
Ölümdən sonrakı həyat İnsan, dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən...
"On ikinci İmamla (əc) görüşlər" (1) Daha çox Nəcəf-Əşrəfdə məşhur olan bu əhvalatı mərhum Məclisi “Biharül-ənvar” və Hacı Nuri...
Nə üçün yaxşıların da başına bəla gəlir? Nə üçün həm pis əməl sahiblərinin, həm də salehlərin başına bəlalar gəlir? Bəzən insanlar...
Ziyarətin dəyəri On dörd məsumun (ə) ziyarətlərinin savabı
Övliyalar üçün bəla Allah-taala, bəndələrindən birinə xüsusi lütf göstərəndə onu çətinliklərə salır.
Yuхunun hәqiqәti vаrmı? Аvrоpа tәbiәtşünаslаrının fikrincә yuхu hәqiqәt dеyil vә оnun хаrici hаdisәlәr ilә оlаn bağlı...
Kim öldürür? (Qısa məlumat) Allah, Əzrail, yoxsa digər mələklərmi öldürür? Qurani-Məcid ruhun çıxarılması, Allaha (39-cu...
Bərzəx Bərzəxin lüğət mənası “pərdə” deməkdir-yəni, iki şeyin arasında dayanıb, onların qovuşmasına...
Cəhənnəm Cəhənnəm nəhayətsiz bir dərə, Allah qəzəbindən alovlanmış oddur. Cəhənnəm dərkimizin fövqündə,...
Səfərə çıxan üçün tövsiyələr Səfərə hazırlıqlı çıxmaq üçün aşağıdakı tövsiyələrdən faydalanmaq olar:
Əhd duası İmаm Sаdiq (ə) buyurub ki, hәr kәs
Şübhə doğuran suallar (1) Sual:1-dən 22-dək.Sual 1: Allahın varlığı ehtimal deyilmi?
Şübhə doğuran suallar (2) Sual: 23-dən 40-dəkSual 23: Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?
Görəsən İmamımızı necə qarşılayacağıq? Sanki cəhl və nadanlıq belə tezliklə bəşərdən əl çəkən deyil, zühura və Sur çalınanadək inkişaf...
Kəbə və onun torpağı “Şübhəsiz, insanlar üçün seçilmiş ilk ev Məkkədəki evdir. O ev bərəkətlidir və insanların...
Ən üstün zamanlar Qurani-Məcid insanların diqqətini Qədr gecəsi, zil-hiccənin ilk on günü, “əyyamullah” kimi...
Görüş üçün paklıq Göylərdə və yerdə Allahın nuru olan, bütün çirkinliklərdən uzaq, paklıq təcəssümü Əhli-beyt (ə)...
Müqəddəs sözlər Allahın mələyi, Peyğəmbər və möminlərə müqəddəs sözlər öyrətmək üçün yerə endi.
Qurbanlıq Yuxu Cəbrayıl enərək İbrahimə göstəriş verdi ki, bir qədər su götürüb, Ərəfat və Mina dağlarına...
Şəfa Bir gün həvarilərin biri Həzrət İsa (ə) öz evinə dəvət etdi.  
İbarhim ələyhis-salam Bir gün məbədin keşişləri Nəmrudun yanına gəlib dedilər:
İmanlı gənc İmanlı gəncAllahlara hörmət etməyən və Nəmruddan qorxmayan cavan İbrahimin (ə) sözləri hər yerdə...
Dörd quş Dörd quşNəmrud yenidən İbrahimlə mübahisə etmək qərarına gəldi.
Böyük alov Babillilərin, həmçinin onlardan da qabaq sumərlilərin neft, qır və kibrit haqqında məlumatları...
Sonuncu imtahan Sonuncu imtahanİbrahim (ə) övladı İsmayılla birgə Həcc əməllərini yerinə yetirdi.
Cin haqqında qısa məlumat Cinlər haqqına çoxlu söhbətlər var. Lakin burada cin haqqına qısa söhbət açarıq:
Xurma və Nar Qısa məlumat: Bəzi ayə və rəvayətərdə cənnət meyvələrindən söz açılıb. Bəzi ayə və rəvayətərdə...
"Yasin" surəsi əlacdı... Şeyxlərdən biri danışırdı ki,
"Günah" sözünün mənası və onun növləri Günah müxalifət mənasınadır. İslam dinində Allah-təalanın əmrinə zidd olan əməllərə günah...
Yaxşı və pis niyyət haqqında Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. Çünki çirkin...
Haramdan doğulan uşağın əlamətləri İmam Əli (ə) buyurub: «Gözəl əxlaqlı olmaq insanın damarlarının (genlərinin) yaxşılığını...
Aşkarda günah etmək haqqında «Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kəsləri dünyada və axirətdə ağrılı bir əzab...
"Münafiq" sözü, Əhli-beytin (ə) düşməni kimi təfsir olunub «Hədid» surəsinin 13-14-cü ayələrində buyurulur: «O gün münafiq kişi və qadınlar iman gətirənlərə...
"Yeddi" haqqında qırx nöqtə 1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxsin dəfn mərasimində iştirak...
Hər dərdi camaata demə!  Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə...
Qonağa hörmət  Abdullah ibn Yəfur deyir: İmam Sadiqin (ə) hüzurunda bir qonaq gördüm. Bir gün qonaq...
Bəla zamanı səbr Qətibə Əşa deyir: İmam Sadiqin (ə) övladını yoxlamaq üçün onun hüzuruna getdim. İmamı qapıda bir...
Az ibadətlə cənnət Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edir ki, həzrət buyurdu: “Təvafda ikən atam yanımdan ötürdü....
Həzrət İsa (ə) və Azir         İsanın Azir adlı bir dostu vardı. Onu çox sevirdi. O, imanlı bir...
Başqasına səcdə etmək?  Bir şəxsin şənini ucaltmaq və ehtiram göstərmək üçün - səcdə etmək niyyətiylə olmasa -...