Cm.ax10172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məqalələr Aşura haqqında hədislər

Aşura haqqında hədislər

Hədislər

1.Hz. Əlidən rəvayət olunmuş bir hədisdə belə deyilir: “Bir nəfər ondan (hz. Əlidən) Ramazandan sonra hansı ayda oruc tutmağımı buyurarsan? soruşdu. Hz. Əli də belə cavab verdi: “Mən Rəsulullahın (s) yanında oturarkən bir nəfərin bu sualı verdiyini eşitdim. Rəsulullah (s) buyurdu: “Ramazandan sonra oruc tutacaqsansa Məhərrəmdə tut. Çünki o Allahın ayıdır (şəhrullah)” (Termizi. Sövm 40 (741) Həsən-qərib).
2. “Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı (şəhrullah) Məhərrəmdəkidir” (Tirmizi. Sövm 40 (740); Müslim. Siyam 202 (1163); Əbu Davud. Sövm 55).
3. İbn Abbas rəvayət edir ki: “Rəsulullah (s) Mədinəyə gəldiyi zaman yəhudilərin aşura günü oruc tutduqlarını gördü və onlara: “Bu nədir?” - deyə sual etdi. Dedilər ki: “Bu, saleh gündür. Bu gün Allah İsrail oğullarını düşmənlərindən xilas etdi. Musa peyğəmbər də bu gün (şükür əlaməti olaraq) oruc tutdu”. Peyğəmbər də: “Mən Musaya sizdən daha çox layiqəm”, - deyə buyurdu, o gün oruc tutdu və müsəlmanlara da tutmağı əmr etdi” (Buxari. Sövm, 69; Müslim. Siyam, 127 (1130). 
4. Buxari və Müslim Hz. Aişənin (r) belə dediyini rəvayət edirlər: “Qureyşlilər Aşura gününü cahiliyyə dövründə oruc tutardılar. Rəsulullah (s) da bu günü oruclu keçirərdi. Mədinəyə gəldiyi zaman da bu orucu tutdu və tutulmasını əmr etdi. Ramazan orucu fərz qılınanda səhabələrinə dedi: “Kim istəyər o orucu tutar, kim də istəyər tutmaz”.
5. Müslim İbn Abbasdan (r) rəvayət edir ki, Rəsulullah (s) Aşura gününü oruc tutub və səhabələrinə də əmr etdiyi zaman dedilər ki, “Ya Rəsulullah bu günə yəhudilər və nəsranilər ehtiram edir.” Bu zaman Rəsulullah (s) buyurdu: “Gələn il olarsa inşallah doqquzuncu günü də tutarıq.” Ancaq gələn il gəlmədən Rəsulullah vəfat etdi.
Əhməd ibn Hənbəlin rəvayətində isə “Yəhudilərə müxalif olun bir gün qabaq, bir gün sonra oruc tutun” deyilir.
6. Rəsulullah (s) buyurmuşdur: “Aşura orucunun keçmiş ilin günahına kəffarət olmasını umuram” (Tirmzi. Sovm 48 (752)
6. İmam Əhmədin Hz. Ənəs yolu ilə etdiyi rəvayətdə deyilir:
“Yağış mələyi Rəsulullahın (s) hüzuruna gəlmək üçün izin istədi. Ona izin verildi. Mələk içəri daxil olan zaman Allahın rəsulu (s) Ümmü Sələməyə (r): “Qapını bağla və qapıda dur ki, heç kəs yanımıza gəlməsin!” - deyə buyurdu. Ancaq Əlinin oğlu Hüseyn (r) gəldi və   qaçaraq içəri daxil oldu. Rəsulullahın (s) çiyninə dırmaşdı. Mələk Rəsulullahdan (s) soruşdu:
- Sən onu sevirsənmi?
- Bəli.
- Ümmətin onu öldürəcək. İstəyirsən öldürəcəkləri yeridə sənə göstərim.
Bunu dedikdən sonra mələk əllərini çırparaq Rəsulullaha (s) qırmızı rəngli torpaq göstərdi. Bu zaman Ümmü Sələmə (r) o torpağı götürərək paltarının bir ucuna yığıb düyünlədi. Ümmü Sələmə (r) deyirdi: “Biz Hüseynin (r) Kərbəlada öldürüləcəyini daha əvvəllər eşitmişdik”.
7. Həmçinin, Əhməd bin Hənbəl Abdullahın atasından bunu rəvayət edib:
“Mən  Əli (r)  ilə birlikdə yola çıxmışdım. Neynəvaya gəlib çatdıqda mənə: “Səbir et, ey Əbu Abdullah! Firat quyusuna çatdığın zaman səbir et!”- deyə səsləndi.
Mən ondan bununla nə demək istədiyini soruşdum. O da belə cavab verdi:
“Bir gün Rəsulullahın (s) yanına getmişdim. Gözlərindən yaşlar axırdı. Soruşdum ki, “Ey Allahın rəsulu, niyə ağlayırsan?” Cavab verdi:
-Bir az bundan qabaq Cəbrayıl yanımda idi. Mənə Hüseynin Firat quyusu yanında öldürüləcəyini bildirdi və istəsəm öldürüləcəyi yerin torpağını mənə iylədə biləcəyini söylədi. Əlini uzatdı və mənə bir ovuc torpaq  verdi. Mən də o torpağı gördükdə dözə bilmədim, ağlamağa başladım”.
Hz. Hüseynin (r) kəsilmiş mübarək başı Küfəyə gətirildiyi zaman vali Übeydullah ibn Ziyad əlindəki əsa ilə onun dodaqlarına toxunmağa başladı. Buna tab gətirə bilməyən Rəsulullahın yaşlı səhabəsi Zeyd ibn Ərqam: “Çək o əsanı! Özündən başqa ilah olmayan Allaha and olsun ki, mən Rəsulullahı (s) o dodaqlardan öpərkən gördüm” deyərək özünü ağlamaqdan saxlaya bilməmişdi. Sonra saraydan çıxıb gedərkən toplanmış camaata yönələrək belə buyurdu: “Ey ərəb toplumu! Siz Fatimənin oğlunu öldürüb fahişənin oğlunu başınıza gətirdiz. Bundan sonra sizin şərəfliləriniz qılıncdan keçiriləcək, adilləriniz də kölələşdiriləcək. Bundan sonra köləsiz ey ərəb toplumu, kölə!!!”
İbn Teymiyyə demişdir: “ Aşura günü Allah Hüseynə şəhid olmağı nəsib etməklə hz. Hüseynin hörmətini ucaltmış, onu qətlə yetirənləri, habelə bu işdə onlara köməklik göstərənləri və bundan məmnun qalanları isə alçaltmışdır... Hüseynin qətlə yetirilməsi, həqiqətən də, böyük bir müsibətdir. Rəsulullahın (s.)  əhli-beytini sevib onları gözətmək hər müsəlmanın borcudur”.
Hər şeyin doğrusunu  Allah bilir.
/AzeriMuslims/

Nəzərinizs  

0 #1 SalamGuest 2017-11-06 05:22
Məlumatları götürdüm. Halal edin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə